PDF Oxu

Siyasət

  • 597

Vətən müharibəsi şəhidi Əliheydər Hüseynlinin ildönümündə xatirəsi anılıb

image

21 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Hüseynli Əliheydər Səlahəddin oğlunun ildönümüdür. Bu münasibətilə Qırılı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşıVüqarHəsənov, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra tədbir iştirakçıları şəhid Əliheydər Hüseynlininailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər