PDF Oxu

Siyasət

  • 590

Sabunçu rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

image

3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə YAP Sabunçu Rayon Təşkilatının qərargahında gənc rəssam Fuad Musayev və Daun sindromlu yeganə rəssam-tarzən Bəhram Rahimlinin sərgi-tədbiri təşkil edilib.Sərginin məqsədi əlilliyi olan şəxslərin sosial həyata daha fəal qoşulmasını, onların istedad və bacarıqlarının üzə çıxarılmasınıtəmin etməkdir.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov bildirib ki, ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətə tam və bərabər şəkildə inteqrasiyası dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Son illər əlilliyi olan şəxslər üçün müasir reabilitasiya mərkəzlərinin yaradılması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, elektron xidmətlərin əlçatanlığı ölkəmizin bu məsələyə nə dərəcədə həssas yanaşdığını göstərir.Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilir.

Çıxış edən Milli Məclisin deputatları - Ceyhun Məmmədov və Sahib Alıyev, Sosial Xidmətlər Agentliyi Bakı idarəsinin rəisi Raqif Zamanov, Sosial Xidmətlər Agentliyi Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin direktoru Rəhilə Həsrətova dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramlarından, reabilitasiya xidmətlərindən danışıblar. Eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarından söz açılıb. Bu kateqoriyadan olan şəxslərlə ünsiyyət zamanı onların da bizim kimi insan olmasına önəm verilməsinin vacibliyi vurğulanıb.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə gənc rəssam Fuad Musayevin müxtəlif mövzulara həsr olunmuş əsərləri təqdim olunub.

Sonda tədbir iştirakçıları ölkəmizdə Daun sindromlu yeganə rəssam-tarzən Bəhram Rahimlinin ifasını dinləyiblər.

Digər xəbərlər