Tarixin müxtəlif dövrlərində ermənilər Azərbaycan ərazilərində, o cümlədən Qarabağda qırğınlar, qətliamlar, vandalizm aktları həyata keçirmişlər. Xüsusilə də, 30 illik işğal dövründə erməni terror maşını Azərbaycanın bu qədim, füsunkar diyarını zəbt edərək bütün növ tarixi abidələrini, memarlıq nümunələrini, yaşayış məskənlərini dağıdaraq məhv etmişlər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu halda belə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq yolunu tutdu. Bu azmış kimi Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, ərazilərimizin minalanması hallarını həyata keçirdi. 19 sentyabr 2023-cü il də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdu. Eyni gündə erməni terrorçu qruplarının quraşdırıldıqları minaya düşməsi nəticəsində Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olmuş və yaralanmışdı. Bütün bunlar Azərbaycan dövlətini qanuna müvafiq addımlar atmağa məcbur etdi. Nəticədə 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən lokal xarakterli əməliyyatlarla Qarabağdakı separatizmə tamamilə son qoyuldu.
Təqsirləndirilən şəxslər Ermənistandan aldıqları müxtəlif növ müasir silahlarla yüzlərlə azərbaycanlını qətlə yetiriblər
Aparılan mükəmməl əməliyyatla 32 il Azərbaycanın Qarabağ bölgəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə və Ruben Vardanyan həbs edilərək istintaq orqanlarına təhvil verilmişdir. Hazırda onların Bakı Hərbi Məhkəməsində məhkəmələri keçirilir. Azərbaycan dövləti beynəlxalq hüquq norma və prinsiplərə əsalanmaqla təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub. Bu Azərbaycanın böyüklüyünün, hüquqi, demokratik dövlət olduğunun əyani sübutudur. Bələkə də, başqa dövlət olsa idi, onları məhkəməsiz filansız elə həbs olunduqları yerdə güllələyərdi. Və yaxud təhqir edər, alçaldıb rüsvayçı bir vəziyyətdə videolarını çəkib sosial mediada paylaşardı. Buna əsas da var. Çünki uzun illər onlar Azərbaycanın qanunlarına qarşı meydan oxuyublar, bilavasitə Ermənistandan aldıqları müxtəlif növ müasir silahlarla yüzlərlə azərbaycanlını qətlə yetiriblər, minlərlə soydaşımızı ev-eşiyindən didərgin salıblar, yüzlərlə yaşayış məskənini dağıdıblar. Lakin Azərbaycan fərqli bir mövqe sərgilədi. Bunun da səbəbi Azərbaycanın 5 min illik dövlətçilik tarixi olan qüdrətli dövlət olmasıdır. Ölkəmiz istənilən düşməni ancaq döyüş meydanında məhv edir, necə ki, buna Ermənistanı diz çökdürməklə nail oldu. Təslim olmaq üçün əllərini qaldıran və yaxud yaşamaq üçün aman istəyən şəxsə, terrorçu olsa belə hüquqi müstəvidə davranış nümayiş etdirir. Ona görə də, hazırda məhkəmələri geçirilən təqsirləndirilən Ermənistan vətəndaşları və onların yaxınları Azərbaycanın ədaləli mövqeyinə və fəaliyyətinə minnətdar olmalıdırlar. Təbii ki, törətdikləri əməllərinin cəzasını məhkəmənin çıxaracağı qərarla ödəməli olacaqlar.
Ruben Vardanyan indi bir başına, bir də dizinə döyür
Azərbaycanın Qarabağ bölgəsində separatçı fəaliyyətlə məşğul olanlardan biri də Ermənistan vətəndaşı rusiyalı milyarder Ruben Vardanyandır. Bu şəxs ermənilərin Qarabağdakı separatçı fəaliyyətini daha da alovlandırmaq üçün geniş iş aparmış, maliyyə yardımları göstərmişdir. 2021-ci ilin iyununda Ermənistan vətəndaşlığını qəbul edən Vardanyan 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlmişdir. 2022-ci il oktyabrın 20-də Vardanyan qondarma qondarma rejimin hökumət başçısı “vəzifəsi”nə “təyin edilib” və noyabrın 4-də vəzifəsinin icrasına başlayıb. Lakin Bakının qətiyyətli addımlarından sonra qondarma vəzifədən çıxmalı olub. Buna baxmayaraq Vardanyan Xankəndidə təxribatçı fəaliyyətini davam etdirib. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi davam edən zaman Ruben Vardanyan Rusiya prezidenti Vladimir Putinə videomüraciət edərək qondarma qondarma rejimi dəstəkləməyi xahiş edib. Qarabağda keçirlən antiterror xarakterli əməliyyatlardan sonra Xankəndidəki terrorçular tərksilah edildilər. Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də Ermənistana qaçmaq istəyərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Çirkli vasitələrlə Vardanyan özünə milyardlar qazandırıb.
Məlumata görə, Ruben Vardanyan 9 milyard dollarlıq çirkli pulun yuyulmasında iştirak edib. Vardanyan utanıb çəkinmədən qanunsuz yollarla böyük pullar qazandığını etiraf edib. O OCCRP ilə müsahibəsində deyib: “Başa düşün, mən mələk deyiləm. Rusiyada sənin üç yolun var: ya inqilabçı olmalı, ya ölkəni tərk etməli, ya da konformistə çevrilməlisən. Mən komformistəm. Lakin mənin öz daxili hüdudlarım var”. “Forbes” jurnalının 2021-ci ildəki məlumatına görə, Vardanyan Rusiyanın 200 ən varlı adamı siyahısında 116-cı yerdə olub. O Rusiyada “Romanov Dvor” biznes mərkəzinin sahibidir, “Kamaz” avtomobil konsernində payı var, 2022-ci ilin fevralına qədər isə “BaltTransService” dəmiryol operatorunda pay sahibi olub.
Bu qədər var -dövlətin sahibi olan Vardanyan həyatını fərqli formada yaşamağa üstünlük verib. Yəni o öz iddialarını Ermənistanın rəhbərliyinə gəlməklə həyata keçirməyi planlaşdırıb. Bu məqsədlə də Rusiya xüsusi xidmət orqanlarının razı ilə və dəstəyi ilə Ermənistana gəlib. Sonrada siyasi hikkəsini Qarabağdan başlamaq üçün Xankəndinə köçüb. Lakin planları alt –üst oldu və Azərbaycanın keçirdiyi əməliyyatlardan sonra həbs edilərək məhkəmə qarşısına çıxarıldı. Təbii ki, indi Vardanyan bir başına, bir də dizinə döyür. Lakin artıq gecdir. Etdiyi əməllərin cəzasını mütləq çəkməlidir. Yəqin ki, məhkəmə ona layiq olduğu cəzanı da verəcək.
Ruben Vardanyan məhkəmə qarşısında cinayətlərini etiraf etdi
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesində zərəzəkmişlərin ifadələri dinlənilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Zərərçəkmiş Nuran Qasımov ifadəsində Laçında düşmənin ərazilərimizə hücumu nəticəsində ayağından xəsarət aldığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı ondan başqa yaralananların olduğunu da deyib.
Zərərçəkmiş Əlimuxtar İbrahimov ifadəsində özündən əvvəl ifadə vermiş N.Qasımovla birlikdə xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, həmin vaxt ondan başqa da bir neçə şəxs xəsarət alıb.
Zərərçəkmiş Pənah Əliyev ifadəsində Laçında düşmən təxribatı nəticəsində başından xəsarət aldığını deyib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı bir neçə şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əsgər Bəylərov Laçında düşmən təxribatı nəticəsində qapalı kəllə-beyin travması aldığını söyləyib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ülvi Rəhimov Laçında düşmənin hücumu nəticəsində qolundan yaralandığını söyləyib.Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Elvin Səlimov Laçında düşmənin ərazilərimizə hücumu zamanı baş nahiyəsindən və əlindən xəsarətlər aldığını söyləyib.Zərərçəkmiş Samir Məmmədov da Laçında düşmən təxribatı nəticəsində yaralandığını deyib.
Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elan olunması ilə davam etdirilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Ötən məhkəmə iclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.
Sənədlərin elan olunması zamanı təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatətlə çıxış edib. O, cinayət işi ilə bağlı bəzi sənədlərlə, o cümlədən sorğularla tanış olmaq istədiyini söyləyib.
R.Vardanyanın müdafiəçisi Emil Babışov vəsatətin təmin olunmasını məhkəmədən xahiş edib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, ittiham tərəfi təqsirləndirilən şəxsin müdafiəçisinin və ya onun özünün sözügedən sənədlərlə tanış olmasına etiraz etmir. Məhkəməyə sədrlik edən Z.Ağayev vəsatətlə bağlı bildirib ki, müdafiə tərəfi bu həftə ərzində həmin sənədlərlə tanış ola bilər və onlara buna dair zəruri şərait yaradılacaq.
İLHAM ƏLİYEV