PDF Oxu

Siyasət

  • 458

Növbəti humanist və insanpərvər addım - ŞƏRH

image

Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb proses məhz 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyaya əsaslanır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişafı istiqamətlərini müəyyənləşdirdi və insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təminatını, sosialyönümlü siyasətin yürüdülməsini dövlətin ali məqsədləri kimi bəyan etdi. Konstitusiya bu deklarativ norma ilə kifayətlənməyərək, başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoydu. Xatırlatmaq yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev humanist və insanpərvər şəxsiyyət olaraq müstəqil Azərbaycana rəhbərliyi dövründə ciddi siyasi iradə göstərərək cəza siyasətinin humanistləşdirilməsi sahəsində inqilabi islahatların gerçəkləşdirilməsini də təmin etdi. Bu baxımdan 1993-ci ilin iyun ayından ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır.

Hüquqi dövlət quruculuğu xəttinə sadiqliyin növbəti təcəssümü olaraq, Azərbaycanda məhkumların əfvi, bağışlanması da müsbət ənənəyə çevrildi. 1995-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası humanist ümümbəşəri dəyərlərin təşviqinə, habelə respublikamızın beynəlxalq nüfuzunun yüksəldilməsinə zəmin yaratdı. Qeyd etmək lazımdır ki, 1995- 2003-cü illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7 amnistiya, 32 əfv sərəncamı imzalandı, o cümlədən cəza siyasətinin humanistləşdirilməsi məsələləri xüsusi diqqət mərkəzində saxlanıldı. Bu amnistiya aktları, ümumilikdə, 77 mindən çox insana şamil edildi, 21 mindən çox məhkum cəzasının çəkilməmiş hissəsindən azad olundu. Eyni zamanda, 32 əfv fərmanı nəticəsində 3100 - dən çox məhkum bağışlanıldı.

Ümummilli Liderin möhkəm təməllər üzərində əsasını qoyduğu humanist və insanpərvər siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 22 ildə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etdi. Cənab İlham Əliyevin ötən müddətdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması istiqamətində atdığı addımlar onun ədalətli və humanist rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Ötən dövrdə ölkə başçısının 39 əfv fərmanı imzalaması da ölkədə yürüdülən humanist, insanpərvər siyasətinin bariz təzahürüdür. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-2016-cı illərdə Milli Məclisin 4 amnistiya aktı qəbul etməsi cəzanın tərbiyəvi əhəmiyyətinin ictimasi şüurda möhkəmlənməsini təmin edən addımlar kimi yüksək qiymət aldı. Yüksək mərhəmət və humanizm məfkurəsindən çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı 40 minə yaxın insana şamil edilib, bu tədbirlər cinayət törətmiş şəxslərin islah olunması və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətli oldu.

Humanizmin növbəti nümunəsi olan bu təqdirəlayiq təşəbbüsün “Konstitusiya və Suverenlik İli”ndə, eyni zamanda, tarixi Zəfərin beşinci ildönümündə gerçəkləşməsi mühüm ictimai və rəmzi məna daşıyır. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi ilə 30 il əvvəl müstəqil Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində suverenlik, demokratiya və dünyəvilik kimi ali dəyərlərin əbədi və dönməzliyini təsbit edən əsas qanunumuza - Konstitusiyamıza olan ali ehtiramın ifadəsidir.

Ulu Öndərin siyasi kursunu layiqlə davam etdirən Prezident İlham Əliyevin möhtəşəm liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonra bu, qürurverici tariximizdə dərin hörmətin təntənəsidir. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasından sonra yaşadığımız şərəfli tarixi mərhələdə humanizm və insanpərvərliyin hüquqi tərənnümüdür.

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya təşəbbüsü ilə çıxış edən Prezident cənab İlham Əliyev bu nümunəvi xeyirxahlıq əməli ilə xalqımızın milli dəyərlərinə - bağışlamaq, mərhəmət hisslərinə hədsiz dərəcədə sıx bağlı olduğunu təsdiqləyir. Cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, azad olunacaq şəxslərin qanunlara əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə inanan dövlət başçısı amnistiya elanı ilə bir daha cəmiyyətimizdə humanizmə sadiqliyini göstərir.

Bu xeyirxah və humanist missiyanın tarixi Zəfərdən sonra ənənə halını alması hər bir azərbaycanlının Prezidenti olan dövlət başçımızın post-münaqişə və sülh dövründə bağışlamaq, əfv etmək qüdrətinin bariz xüsusiyyətinə çevrildiyini əks etdirir. İlk bu cür amnistiya dörd il əvvəl noyabrın 8-də Zəfər Günü münasibətilə elan edilmişdi.

Vurğulamaq lazımdır ki,öz ərazi bütövlüyünü və Konstitusiya quruluşunu tam bərpa etmiş müstəqil Azərbaycan Respublikasının tarixində ən böyük amnistiya aktı həyata keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu əfvetmə institutu məhkumların islah olunmasına xidmət etməklə yanaşı, mahiyyətcə cəmiyyəti humanistləşdirir, insan ləyaqətinə hörmət və ehtiramı təşviq edir. İmzalanan əfv fərmanları və aministiya aktları cəmiyyətdə rəğbətlə qarşılanır, məhkumların bağışlanması, normal həyata dönüşü humanist addım kimi dəyərləndirilir. Budəfəki amnistiya da ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi baxımından növbəti humanist və insanpərvər addımdır.

İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı

Digər xəbərlər