PDF Oxu

Siyasət

  • 837

Çin yükdaşımaların əsas artım mənbəyi olacaq - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə nəqliyyat sektorunun ölkənin iqtisadi inkişafındakı strateji rolu xüsusi vurğulanmışdır. Dövlət başçısı qeyd etmişdir ki, son illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu yaradılmış, beynəlxalq dəhlizlər üzrə əməkdaşlıq xeyli dərəcədə genişlənmişdir. Bu amillər ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə artırmışdır.

Cənab Prezident bildirmişdir ki, Asiya–Avropa istiqamətində yükdaşımaların artımında əsas pay məhz Çinlə əlaqəli olacaqdır. Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr, liman və dəmir yolu infrastrukturlarının inkişafı Azərbaycanın bu marşrut üzrə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Çinlə iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi ölkəyə əlavə yük axınının cəlb olunmasına, eyni zamanda milli iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcəkdir.

Altay Məmmədov,

YAP Şamaxı rayon təşkilatının sədr müavini

Digər xəbərlər