2024-cü il dekabrın 19-da Misirin Qahirə şəhərində keçirilən 11-ci Zirvə Görüşündə Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının yekdilliklə üzv qəbul edilməsi, ölkənin beynəlxalq arenada diplomatik uğurlarını gücləndirən əhəmiyyətli bir hadisə idi. Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığını daha da gücləndirən bu addımın ölkələr arasında hərbi, iqtisadi, diplomatik və mədəni inteqrasiyanı sürətləndirəcəyini vəd edir. Azərbaycanın D-8 üzvlüyünün qlobal əhatə dairəsini və iqtisadi inkişafını necə gücləndirdiyi, eləcə də regional təhlükəsizlik və əməkdaşlıq baxımından əhəmiyyəti təbii ki, görəcəyi işlərdə vurğulanır. “Bir millət, iki dövlət” prinsipi əsasında Azərbaycan-Türkiyə münasibətlərinin inkişafını və D-8-in gələcək rolunu anlamaq üçün böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycanın D-8-ə üzvlüyü regional inteqrasiya və qlobal əməkdaşlıq baxımından yeni imkanlar yaradır. D-8-in regional təhlükəsizliyə və iqtisadi inkişafa gələcək təsirini aydın şəkildə ortaya qoyur.
D-8 yarandığı gündən bəri ilk dəfə yeni üzv qəbul etməklə genişlənmiş və dünya müsəlman əhalisinin 60%-ni təşkil edərək, əhəmiyyətli iqtisadi potensiala malik olan üzvlüyünə Azərbaycanın da daxil olmasıonun beynəlxalq arenada artan nüfuzunun və ona göstərilən etimadın bariz nümunəsidir. Azərbaycan D-8-in fundamental prinsiplərinin qorunmasında, təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynayayır. Bölgəmizdə təhlükəsizlik, sabitlik, rifah və qarşılıqlı faydalı əməkdaşlığın qurulması, iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir çox digər vacib sahələrdə əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Şərq və Qərb arasında körpü rolunu oynayan və İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan D-8-ə üzvlüyü ilə İslam həmrəyliyinin gücləndirilməsinə, dünyada İslam dəyərlərinin təşviqinə və İslamofobiya ilə mübarizəyə böyük töhfələr verir.
Qeyd edək ki, D-8 Təşkilatı 15 iyun 1997-ci ildə İstanbulda yaradılıb. Türkiyə ilə yanaşı, təşkilata Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan üzv ölkələrdir. Bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan D-8 ölkələrinin ümumi əhalisi təxminən 1,2 milyard, xarici ticarət həcmi isə 2,3 trilyon dollardır ki, bu da qlobal ticarətin təxminən 5%-ni təşkil edir. Təşkilatın əsas məqsədi inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatındakı mövqeyini yaxşılaşdırmaq, ticarət münasibətlərini şaxələndirmək, üzv ölkələr üçün ticarət sahəsində yeni imkanlar yaratmaq və beynəlxalq qərar qəbuletmə mexanizmlərində güclü iştirakını təmin etməkdir.
D-8 ölkələri birlikdə bir milyarddan çox insanı və sürətlə inkişaf edən bir sıra iqtisadiyyatları təmsil edir. Azərbaycanın üzvlüyü təşkilatın təxminən otuz il əvvəl yaradılmasından bəri ilk genişlənməni ifadə edir. D-8 münaqişə əvəzinə sülh, qarşıdurma əvəzinə dialoq, istismar əvəzinə əməkdaşlıq, ikili standartlar əvəzinə ədalət, ayrı-seçkilik əvəzinə bərabərlik, zülm əvəzinə demokratiya prinsiplərinə əsaslanır. D-8-in əsas fəaliyyət sahələri ticarət, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, sənaye, enerji, nəqliyyat və əlaqə sahələridir, eyni zamanda səhiyyə və turizm sahələrində də işlərini davam etdirilir.
2025-ci ilin martında Azərbaycan D-8 təşkilatına tamhüquqlu üzv kimi qoşulduqdan sonra İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrunu daha da dərinləşdirməyə başlayıb. Eləhəmin ilin sonunda Azərbaycanda keçirilən D-8 Media Forumda iqtisadi müzakirələr, əsasən, əhalisinin çoxu müsəlmanlardan ibarət inkişaf etməkdə olan ölkələr üçün koordinasiya edilmiş platforma rolunu oynayan təşkilata yeni üzvülüyü blokla tam şəkildə inteqrasiya üçün bir sıra təşəbbüslərin irəli sürülməsi ilə yadda qaldı. Forumun yekunu olaraq Media Mükəmməllik Mərkəzinin yaradılması və dezinformasiya ilə mübarizə üçün yeni strategiyaların hazırlanması kimi mühüm nəticələrin əldə edildiyinə diqqət çəkildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına veriyi müsahibəsində: “... biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər. Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik”- fikri dövlət başçısının bu təşkilata daha çox önəm verdiyinin bariz nümunəsidir.
Afaq Sadıqova
Bakı Dövət Universitetinin elmi işçisi