Dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində mühüm rol oynayan Davos Forumunda Azərbaycanın təmsilçiliyi 1995-ci ilə təsadüf edir.Ümummilli lider Heydər Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Həmin ildən etibarən ölkəmiz Forumun işində aktiv iştirak etməyə başlayıb. Bu da təsadüfi deyil və qarşı tərəf də öz növbəsində Azərbaycanın Davos Forumu çərçivəsində aktiv rol oynamasında maraqlıdır.
Bildiyimiz kimi, 2026-cı il yanvarın 20-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibədə beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər, Cənubi Qafqazda formalaşan yeni reallıqlar və Azərbaycanın regional və qlobal siyasəti ilə bağlı fikirlərini bölüşüb və Azərbaycanın mövqeyi barədə danışıb. Ölkə başçısı bildirib ki, müasir dövrdə beynəlxalq hüquq normaları artıq bütün ölkələr üçün mütləq xarakter daşımır. Onun sözlərinə görə, beynəlxalq münasibətlər yeni mərhələyə qədəm qoyub və bu mərhələdə vəziyyəti daha çox güc faktoru müəyyən edir. Məhz bu reallıqları nəzərə alan Azərbaycan öz strategiyasını milli maraqlar əsasında qurub və bütün addımlarını beynəlxalq hüquqa uyğun şəkildə atıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası da bu prinsipə əsaslanır.
İlham Əliyev müsahibəsində Azərbaycanın həyata keçirdiyi bütün siyasi, diplomatik və hərbi addımların beynəlxalq hüquqa tam uyğun olduğunu xüsusi vurğulamışdır. Suverenliyin və ərazi bütövlüyünün bərpası prosesi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmış, BMT Nizamnaməsi və ümumi qəbul olunmuş dəyərlər çərçivəsində reallaşdırılmışdır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan sübut etdi ki, milli maraqları qorumaqla yanaşı, beynəlxalq hüquqa hörmət göstərmək mümkündür.Dövlət başçısının müsahibəsində diqqət çəkən əsas məqamlardan biri də beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyması barədə fikirləridir.
Enerji sektoruna gəldikdə, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı