PDF Oxu

Siyasət

  • 480

Cəlilabad rayonunun Uzuntəpə bələdiyyəsində ağacəkmə aksiyası keçirilib

image

Dövlət başçısı İlham Əliyevin sərəncami ilə 2026-ci ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi cəlilabadlılar tərəfindən razılıqla qarşılanıb. Odur ki, bu münasibətlə indidən vaxtaşırı olaraq Cəlilabad rayonunda müxtəlif səpkili tədbirlər həyata keçirilir. Növbəti belə tədbir Uzuntəpə bələdiyyəsinin təşkilatçılığı iləağacəkmə aksiyası olub.

Aksiyada Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov da iştirak edib. O, yaşıllıqların artırılması və ekoloji mühitin qorunmasının vacibliyini vurğulayıb. Bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətini deyən rayon rəhbəri yerli icra strukturlarının, bələdiyyələrin şəhərsalma siyasətinə uyğun şəkildə həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildirib.

Tədbir zamanı 150 ədəd Sərv, 150 ədəd Eldar şamı ağacının tingi torpağa basdırılıb, aqrotexniki qaydaları əsasında onlara ilk qulluq göstərilib və ərazinin abadlaşdırılması istiqamətində praktiki işlər görülüb. Aksiya yaşıllıq sahələrinin genişləndirilməsi, eləcə ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər