PDF Oxu

Siyasət

  • 1 175

Qlobal etimad və Azərbaycan ŞƏRH

image

2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan mühüm hadisələrdən biri kimi yadda qaldı. Tədbir yalnız bir mükafat mərasimi olmaqla kifayətlənmədi, eyni zamanda müxtəlif xalqlar, mədəniyyətlər və dövlətlər arasında dialoqun, qarşılıqlı anlayışın və sülh çağırışlarının qlobal platformasına çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, sülhə və sabitliyə verdiyi töhfələrin növbəti təzahürü kimi qiymətləndirildi. Prezident çıxışında bu mükafatın Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşımasının onun üçün xüsusi mənəvi əhəmiyyət kəsb etdiyini vurğuladı və bunu böyük şərəf kimi dəyərləndirdi. Dövlət başçısı qeyd etdi ki, Şeyx Zayedin həyat fəlsəfəsi insanlara hörmət, tolerantlıq, qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurulmuşdur. Bu dəyərlər zamanla təkcə BƏƏ-nin deyil, bütün regionun və beynəlxalq ictimaiyyətin inkişaf modelinə çevrilmişdir. Məhz bu səbəbdən onun adını daşıyan mükafat sülhə xidmət edən liderlər üçün xüsusi nüfuz simvoludur.Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu mükafat təkcə bir şəxsin deyil, bütövlükdə Azərbaycan xalqının qazandığı uğurun ifadəsidir. Azərbaycanın son illərdə regionda sabitliyin bərqərar olunması, postmünaqişə dövründə sülh gündəliyinin təşviqi və əməkdaşlıq mühitinin yaradılması istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.Dövlət başçısı vurğuladı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra həmişə beynəlxalq hüququn prinsiplərinə, suverenliyə və ərazi bütövlüyünə hörmətə əsaslanan siyasət yürüdüb. Bu siyasət yalnız milli maraqlara deyil, regional və qlobal təhlükəsizliyə də xidmət edir. “Zayed İnsan Qardaşlığı Mükafatı” da məhz bu prinsipial mövqeyin beynəlxalq səviyyədə tanınmasının nəticəsidir.Çıxış zamanı Prezident Əliyev humanitar dəyərlərin müasir dünyada xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Qlobal çağırışlar, münaqişələr və sosial problemlər fonunda insan həmrəyliyi, dialoq və qarşılıqlı dəstək ideyalarının ön plana çıxarılmasının vacibliyini vurğuladı. Bu baxımdan, mükafatın əsas missiyası insanları birləşdirmək və ortaq dəyərlər ətrafında bir araya gətirməkdir.Prezident həmçinin bildirdi ki, Azərbaycan multikulturalizm, dini tolerantlıq və etnik müxtəlifliyin qorunması sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri əsrlər boyu sülh və harmoniya şəraitində yaşayıblar. Bu ənənə müasir dövrdə də dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq davam etdirilir.Nəticə etibarilə, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə verdiyi töhfələrin, humanitar dəyərlərə sadiqliyinin və məsuliyyətli liderlik mövqeyinin rəsmi təsdiqi kimi tarixə düşdü. Bu hadisə ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş və sülhün tərəfdarı kimi mövqeyini daha da möhkəmləndirdi.

Fərid Mustafayev

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər