Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı yeni detallar üzə çıxıb. Daha doğrusu, onun dəyəri milyon manatlarla ölçülən xarici bahalı avtomobillərinin olduğu məlum olub. Həmin bahalı avtomobillərin sayının isə 100-ə yaxın olduğu bildirilir. Bir qədər əvvəl isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda Ramiz Mehdiyevin cinayət yolu ilə əldə edildiyi 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı vurğulanır. Bahalı avtombillərin üzə çıxması təəccüb doğurması da həmin avtomobillərin aqibətinin necə olacağı suallar doğurur. Məlumata görə, Ramiz Mehdiyev və yaxın ətrafının lüks avtomobilləri parkında “BMW”, “Mercedes-Maybach”, “Rolls-Royce”, “Bentley”, “Bentayga” və s. markalı avtomobillər mövcuddur. 100-ə yaxın lüks avtomobilin dəyərinin 34 milyon 350 min manata yaxın olduğu qeyd edilir. Həmin bahalı avtomobillərin aqibətinin necə olacağına aydınlıq gətimək üçün qısa araşdırma apardıq və bu zaman məlum oldu ki, həmin maşınlar mütləq və mütləq dövlətin nəfinə müsadirə olunacaq. Çünki qanunsuz yollarla əldə olunan daşınan və daşınmaz əmlak məhkəmənin qərarı ilə müsadirə edilməlidir. Yəqin ki, belə də olacaq.
İLHAM