PDF Oxu

Siyasət

  • 515

Yaddaş abidəsi - ŞƏRH

image

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına həkk olunmuş ən ağır və faciəli hadisələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilən kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, ailələr məhv edilmiş, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirmişdir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi tarixə düşmüşdür.Xocalı qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan Xocalı Memorial Kompleksi milli yaddaşımızın, hüznümüzün və eyni zamanda qürurumuzun rəmzidir. Memorialın açılış mərasimi böyük ictimai-siyasi əhəmiyyət daşıyaraq xalqımızın birliyini və şəhidlərə olan ehtiramını bir daha nümayiş etdirmişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının heç vaxt unudulmayacağını, bu faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulamışdır. Prezident bildirmişdir ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü siyasət aparır. Şəhidlərin xatirəsini yaşatmaq hər bir azərbaycanlının mənəvi borcudur.İlham Əliyevin rəhbərliyi ilə son illərdə Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və ya kütləvi qırğın kimi tanımışdır. Dövlət başçısı öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, tarixi ədalət gec-tez öz yerini tapacaq və Azərbaycan xalqının haqq səsi daim eşidiləcəkdir.Memorial kompleksin memarlıq həlli dərin mənəvi məna daşıyır. Abidənin kompozisiyası faciənin ağrısını və günahsız insanların yaşadığı iztirabı simvolizə edir. Burada yerləşdirilən xatirə lövhələri və rəmzi elementlər gələcək nəsillərə bu tarixi həqiqətləri unutdurmamaq məqsədi daşıyır. Kompleks həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq bir məkandır. Bu gün Xocalı Memorial Kompleksi xalqımızın and yerinə çevrilmişdir. Bu müqəddəs məkanda ucalan hər bir daş, hər bir rəmz bir xalqın ağrısını, eyni zamanda onun gücünü və əyilməz iradəsini əks etdirir. Prezident cənab İlham Əliyevin dediyi kimi, Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.

Hacı Məmmədov

YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər