PDF Oxu

Siyasət

  • 1 457

AMEA-nın İlk Həmkarlar Təşkilatlarında tədbir keçirilib - FOTOLAR

image

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA Azad Həmkarlar İttifaqının İlk Həmkarlar Təşkilatlarında silsiləvi tədbirlər keçirilib

AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə İIk Həmkarlar Təşkilatlarında silsilə tədbirlər təşkil olunub.

Bayram tədbirləri çərçivəsində Memarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Antropologiya İnstitutu, Dilçilik İnstitutu, Tarix və Etnologiya İnstitutu, Şərqşünaslıq İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və Şəki Regional Elmi Mərkəzində qadın əməkdaşlarla görüşlər keçirilib, onların elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.

Çıxışlarda qadın alimlərin və əməkdaşların ölkənin elmi potensialının inkişafında mühüm rol oynadığı vurğulanıb, onların sosial rifahının yaxşılaşdırılmasının və əməyinin stimullaşdırılmasının həmkarlar ittifaqlarının əsas prioritet istiqamətlərindən biri olduğu qeyd edilib.

Tədbirlər çərçivəsində qadın əməkdaşlara bayram münasibətilə hədiyyələr və hədiyyə kartları təqdim olunub. Hədiyyə təminatı “Simple B” MMC “Oliviya” mağazası,, “İtaldizayn” QSC, və “Bazarstore”mağazalar şəbəkəsi vasitəsilə həyata keçirilib.

Sonda xatirə şəkilllər çəkdirilib.

Digər xəbərlər