PDF Oxu

Siyasət

  • 1 318

Gənclər gələcək naminə - FOTOLAR

image

Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) ADPU nəzdində Azərbaycan Pedoqoji Kolecin Sabuncu korpusu ilə birgə "Gənclər gələcək naminə narkomaniya və tütünə qarşı mübarizədə gənclərin rolu mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət Himni ilə başlamış və Ulu Öndərin, eləcə də torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin direktor müavini Nigar Şireliyeva çıxış edərək, gənclər arasında narkomaniyanın və digər zərərli vərdişlərin yayılmasının eyni zamanda narkomaniya, siqaret və s təhlükələrindən gəncləri daimi maarifləndirməli və asudə vaxtlarını səmərəli kecirilməsini bildirib.

GVİB sədri,ictimai xadim Muğan Süleyman oğlu Əliyev bildirib ki, gənclər arasında narkotik maddələrə aludə olma hallarının artması, narkomanların ortayaş həddinin aşağı düşməsi, eləcə də narkomaniya ilə əlaqəli cinayətlərin çoxalması cəmiyyət üçün böyük həyəcan siqnalıdır:

“Siqaret və spirtli içkilərdən tutmuş müxtəlif narkotik maddələrə qədər bütün zərərli vərdişlər gəncləri təhlükə ilə üz-üzə qoyur. Bu vərdişlərin təsiri altında QİÇS və digər yoluxucu xəstəliklərə yoluxma riski də ciddi şəkildə artır. Zərərli vərdişlərin geniş yayılmasının əsas səbəblərindən biri maarifləndirmə işinin yetərincə güclü olmamasıdır. Təhsil müəssisələrində və idman cəmiyyətlərində məlumatlandırma işinin zəif təşkili, informasiya qıtlığı gəncləri riskli davranışlara meyilli edir,” – deyə o qeyd edib.

Sədr həmçinin İİV/QİÇS-in tibbi xüsusiyyətlərinə də toxunub. O bildirib ki, İİV immun sistemini mütəmadi şəkildə zəiflədən virusdur və QİÇS onun terminal mərhələsini təşkil edir. İnfeksiyanın səbəb olduğu immun çöküş vərəm, kandidoz, herpes və digər opportunistik infeksiyaların yaranmasına çevik zəmin yaradır.

"Rəsmi statistikaya əsasən, 2024-cü ildə 4 967 nəfər, 2023-cü ildə isə 3 796 nəfər ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınıb. Ümumilikdə ötən il 40 490 nəfər, 2023-cü ildə isə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub".

Profilaktikanın vacibliyinə diqqət çəkən Müğan Əliyev qeyd edib ki, riskli davranışlardan uzaq durmaq, gigiyenik qaydalara əməl etmək və maariflənmək infeksiyanın qarşısını almağın əsas yoludur. O həmçinin Prezident İlham Əliyevin gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi ilə bağlı verdiyi tapşırıqları, narkomaniya və QİÇS-lə mübarizə üzrə dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.

Tədbirdə Sabunçu rayon 12 -ci polis bölməsinin əməkdaşı, polis mayoru İbrahim Məmmədov, kollecin təsərrüfat şöbəsinin əməkdaşı Elsəfər Abbaslı və digərləri çıxış edərək, zərərli vərdişlərin gəncləri təhlükə ilə üz-üzə qoyduğunu bildirmişlər. Qeyd etmişlər ki, belə vərdişlər QİÇS-ə və digər yoluxucu xəstəliklərə yoluxma riski yaradır. Çıxış edənlər zərərli vərdişlərin geniş yayılmasının səbəblərini təhsil müəssisələrində və idman cəmiyyətlərində maarifləndirmə işlərinin yetərincə olmaması ilə əlaqələdirmişlər. Əsaslı olarq vurğulanmışdır ki, riskli vərdişlərin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin artırılmasına zərurət var.

Digər xəbərlər