YAP Gədəbəy rayon təşkilatı Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə Təhsil Sektoru və Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 10 may Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı kimi "Ulu öndərin həyat yolu" adlı sərgi keçirildi.
Sərgidə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev geniş məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması və ölkəmizin hərtərəfli inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs etmişdir. O, Ulu Öndərin həyat yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulamışdır.
Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə Təhsil Sektorunun müdiri Elməddin Zeynalzadə çıxış edərək Ulu Öndərin təhsil, gənclər siyasəti və dövlət quruculuğu sahəsindəki tarixi xidmətlərini qeyd etmişdir.
Tədbirin sonunda iştirakçılar “Ulu Öndərin həyat yolu” adlı sərgi ilə yaxından tanış olmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən materiallara baxış keçirmişlər. Sonda xatirə şəkilləri çəkdirilmişdir.