Cənub qapısı Astarada ağılı, işgüzarlığı, xeyirxahlığı sayəsində cəmiyyətdə böyük etimad, sonsuz sevgi sahibi olan iki ziyalı xanım tanıyıram. Elza Kazımova və Nəzrin Ağazadəni deyirəm. Ömrünün baharlı günlərini yaşayan bu, xanımlar üçün xalqa, Vətənə sədaqət göstərmək, həqiqi xidmət etmək hər şeydən qiymətli və şərəfli işdir. Məhz buna görə də müqəddəs arzuları ilə həyata əzəmət, paklıq, ülviyyət gətirirlər.
Elza Kazımova Astara rayonu Heydər Əliyev mərkəzində çalışır. Çalışdığı vəzifədən asılı olmayaraq öz qüvvə və bacarığını millətin səadəti, xoş gələcəyi naminə sərf edə bilir.
Astara Pedaqoji Kollecinin ingilis dili müəllimi olan, öz xoşbəxtliyini sevib-seçdiyi peşəsində tapan Nəzrin Ağazadə gənc nəslə bilik verməklə bərabər, həm də cəmiyyət üçün doğma Azərbaycanı, xalqını, dövlətini sevən vətənpərvər ruhlu gənclər yetişdirir.
Bundan əlavə əqidəsi saf, mənəvi aləmi zəngin, ülvi məqsədlər uğrunda çalışan hər iki ziyalı xanım Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının fəalları kimi də yaxşı ad qoyublar.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov doğum günlərini qeyd edən Elza Kazımova və Nəzrin Ağazadəni qəbul edib, səmimi təbriklərini bildirməklə onlara möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıb, təşkilatın ictimai-siyasi həyatında fəallıqlarını yüksək qiymətləndirib və deyib:- Ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq cəmiyyətdə sağlam mənəvi dəyərlərin möhkəmlənməsi naminə çalışmağınız, insanları xeyirxah məqsədlərə yönəltmək məqamınız həqiqətən tərifə layiqdir.
Elza Kazımova, Nəzrin Ağamalızadə göstərilən diqqət və qayğıya görə Partiya rəhbərliyinə razılığını söyləyib, Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını və bundan sonra da ulu öndər Heydər Əliyev siyasətinə, onun layiqli davamçısı Müzəffər Prezident İlham Əliyevə sədaqətlə xidmət göstərəcəyini deyiblər.
Ziyalı xanımlar partiya təşkilatı rəhbərliyi tərəfindən “Təşəkkürnaməyə” layiq görülüblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü