PDF Oxu

Siyasət

  • 558

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır - ŞƏRH

image

Prezident cənab İlham Əliyevin Avropa çempionatında komanda hesabında qalib olan güləşçilərimizi qəbul etməsi ölkəmizdə idmanın inkişafına verdiyi xüsusi önəmin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin Azərbaycan idmanının ümumi inkişafından danışıb: “Cənab Prezident dedi ki, həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”. Ölkə başçısı, eyni zamanda, 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etdiyini və bu müddət ərzində bir çox müsbət məqamların olduğunu xatırlatdı. Qeyd etdi ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey onun gözləri önündən keçib. Ölkəmizdə keçirilən idman yarışları idman növlərini daha da populyarlaşdırır. Bu sahədə bizim zəngin təcrübəmiz var və respublikamızda çox nüfuzlu beynəlxalq yarışlar keçirilib. Həm Avropa Oyunları, həm İslam Həmrəyliyi Oyunları, keçən il MDB Oyunlarının paytaxtda yox, bölgələrdə keçirilməsi Azərbaycanın reytinqli turnirlərin keçirilməsinə hazır olmasından xəbər verir. Dövlətimizin başçısı gələcəkdə də qızlarımızın qızıl medal qazanacaqlarına əminliyni ifadə edib. Dövlətimizin başçısının Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən də söhbət açdı: “Cənab Prezident dedi ki, yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir. Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, – layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir”.

Azərbaycan gənclərinin idman arenalarında qazandığı uğurlar təkcə fiziki deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Hər bir beynəlxalq qələbə uşaq və yeniyetmələrin idmana olan marağını artırmaqla yanaşı, ölkəmizdə idmanın kütləviləşməsinə birbaşa xidmət edir. Bu, gənclərin sağlam həyat tərzinə meyillənməsi və zərərli vərdişlərdən uzaq durması üçün ən təsirli vasitədir. Bu istiqamətdə Azərbaycan Güləş Federasiyasının fəaliyyəti xüsusi təqdirəlayiqdir. Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, federasiya xüsusilə bölgələrdəki istedadlı gəncləri aşkar etmək, onları məşq və təlim-toplanış proseslərinə cəlb etmək üçün öz işini daha da təkmilləşdirəcəkdir. Hazırda respublikamızın hər bir bölgəsində müasir Olimpiya İdman kompleksləri və ixtisaslaşmış güləş zalları fəaliyyət göstərir. Bu infrastruktur bazası üzərində qurulan sistemli seleksiya işi gələcək uğurlarımızın əsas təməlini təşkil edir. Azərbaycanda idmanın dövlət siyasətinin mühüm qolu olmasının ən aydın göstəricilərindən biri də bu sahədə mövcud olan güclü varislik ənənələridir. Görüş əsnasında dövlət başçısının qarşıdakı vəzifələr haqqında ətraflı tövsiyələr verməsi, idmançılar üçün hər cür şəraitin yaradıldığını və bu dəstəyin gələcəkdə də artan templə davam edəcəyini vurğulaması Azərbaycanın strateji idman hədəflərindən xəbər verir. Sözügedən görüşü birmənalı şəkildə idmançılar üçün ən böyük mənəvi mükafat və sarsılmaz bir stimul hesab etmək olar. Dövlət rəhbərinin birbaşa diqqəti idmançılarda yalnız ruh yüksəkliyi yaratmır, həm də onların üzərinə düşən məsuliyyət hissini daha da artırır. Bu cür ali münasibət qələbə qazanan hər bir idmançını qarşıdakı mötəbər yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv kökləyir. Əminliklə demək olar ki, Prezidentin bu qayğısı milli komandamızın hər bir üzvü üçün bir növ "zəfər nizamnaməsi" rolunu oynayır. Bu dəstəkdən güc alan pəhləvanlarımız Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün daha böyük əzmlə mübarizə aparacaqlar. İdmançılarımız dərk edirlər ki, onların arxasında dayanan dövlət iradəsi hər bir qələbənin ən etibarlı təminatçısıdır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər