PDF Oxu

Siyasət

  • 643

İdmanda ucalan bayrağımız - ŞƏRH

image

İdman hər bir xalqın gücünü, iradəsini və milli ruhunu dünyaya nümayiş etdirən ən mühüm sahələrdən biridir. Azərbaycan idmançıları beynəlxalq arenalarda qazandıqları uğurlarla ölkəmizi layiqincə təmsil edir və bayrağımızı yüksəklərə qaldırırlar. Məhz bu anlarda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlının qəlbində sevinc və qürur hissi yaradır.

Olimpiya oyunları, dünya və Avropa çempionatları kimi mötəbər yarışlarda idmançılarımızın qazandığı qələbələr yalnız fərdi uğur deyil, bütövlükdə xalqımızın zəfəridir. Bayrağımızın səhnənin ən yüksək nöqtəsində ucaldılması və himnimizin səslənməsi xalqımızın birliyini daha da gücləndirir, gənc nəsildə vətənpərvərlik ruhunu artırır.
İdman meydanlarında ucalan bayrağımız həm də zəhmətin, əzmin və məqsədyönlülüyün nəticəsidir. Azərbaycan idmançıları illərlə çalışaraq, çətin məşqlərdən keçərək bu uğurları qazanırlar. Onların hər qələbəsi arxasında böyük fədakarlıq və vətən sevgisi dayanır. Bu səbəbdən bayrağımız qaldırılarkən yaşanan qürur hissi daha da dərin və mənalı olur.

Bu gün Azərbaycan bayrağı idman arenasında da qalibiyyətin rəmzinə çevrilmişdir. Onun ucaldılması xalqımızın dünyada nüfuzunu artırır və ölkəmizin güclü dövlət olduğunu bir daha sübut edir. Hər dəfə idmançılarımızın uğuru ilə bayrağımız dalğalananda, bütün Azərbaycan xalqı bir yumruq kimi birləşir, sevinir və bu qüruru ürəyində yaşadır.

Cəmilə Bağırova

YAP Ordubad rayon təşkilatında məsləhətçisi

Digər xəbərlər