PDF Oxu

Siyasət

  • 848

İnamla inkişaf edən dostluq - ŞƏRH

image

Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından artıq 34 il keçir. Azərbaycan və İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələr qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurularaq zaman keçdikcə daha da möhkəmlənib. Bu iki ölkənin əməkdaşlığı getdikcə genişlənir və müxtəlif sahələri əhatə edir. Bu gün bizim ticarət tərəfdaşlarımız sırasında İtaliya ön yeri tutur. Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir.Münasibətlərin inkişafında möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti və güclü liderliyi xüsusi rol oynayır. Azərbaycan və İtaliya prezidentlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı əldə olunmuş bütün razılaşmalar və imzalanmış sənədlər həyatda öz əksini tapır. İtaliya Nazirlər Şurasının sədri xanım Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın və əməkdaşlığın daha da genişlənməsinin xüsusi göstəricisidir.

Azərbaycan Prezidentinin təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, humanitar və mədəni sahələrdə də etibarlı, davamlı və qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradılıb. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Mətbuata verdiyi bəyanatında dövlətimizin başçısı ölkələr arasında ticarət əlaqələrinin uğurla inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirdi. Cənab Prezident vurğuladı ki, keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır.Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Keçən il isə Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutması isə bunun bariz nümunəsidir.

Cənab İlham Əliyev: “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir”

Azərbaycan ilə İtaliya arasındakı dostluq münasibətləri davamlı və uğurla inkişaf edir. İtaliya Nazirlər Şurasının sədri xanım Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf edəcəyini və münasibətlərdə yeni səhifələrin açılacağını bir daha təsdiqləryir. “ Əminəm ki, İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyələrə qalxacaq” mətbuata birgə bəyanatda bu fikirləri ifadə edən və çox geniş formada aparılan müzakirələrə görə dərin təşəkkürünü bildirən xanım Meloni vurğulayıb: “Biz bir daha təsdiq etdik ki, əməkdaşlığımızı daha da genişləndirməliyik”.

Artıq bu bir həqiqətdir ki, Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni əlaqələr bundan sonra da uğurla inkişaf edəcək və Nazirlər Şurasının sədri xanım Ciorcia Meloninin Azərbaycana səfəri bu münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəkdir.

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Digər xəbərlər