PDF Oxu

Siyasət

  • 1 015

Ulu Öndər Heydər Əliyev izi - ŞƏRH

image

Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik qismət etmişdir.

Hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Milli irsimizin mühafizəsi məsələsi, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: "Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Ulu Öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına diqqət yetirirdi. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri kimi qiymətləndirirdi. Onun vaxtilə söylədiyi və bütün dünya azərbaycanlıları üçün həmişə bir fəaliyyət devizi olacaq bu fikri nə qədər dərin və mənalıdır: "Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq". Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Milli dəyərlərimizə dərindən bələd olan Ümummilli Liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır".

Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəslə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu Öndər bu haqda demişdir: "Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir".

Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan Sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmamış, əksinə, milli və dini əxlaqa söykənərək xeyirxah işlər görərək, qohum-qonşulara, maddi yardıma ehtiyacı olanlara əl tutaraq savab qazanmağa can atmışlar. Eyni zamanda xalqımız həmin dövrdə bir çox qadağalara baxmayaraq milli və dini bayramlarını da qeyd etmişdir.

Respublikamızda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir.

Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Ulu öndər Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır. qorumalıdır".

Ümummilli Liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".

Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoymuş, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və müasir müstəqil Azərbaycanın qurulmasında həlledici rol oynamış görkəmli siyasi və dövlət xadimidir. Onun həyatı və fəaliyyəti yalnız bir insanın bioqrafiyası deyil, həm də bütöv bir xalqın taleyi, mübarizəsi və inkişaf yolunun aynasıdır. Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi və uzaqgörən siyasəti bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir.

Daha dərin izləri yada salaraq, Ulu Öndərin tariximizdə nə qədər böyük təşəbbüsləri olduğunu görə bilərik.

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, sadə və zəhmətkeş ailədə böyümüş, uşaqlıq illərindən elmə, biliyə və nizam-intizama böyük maraq göstərmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, lakin II Dünya müharibəsinin başlanması səbəbindən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır. 1941-ci ildən etibarən dövlət təhlükəsizlik orqanlarında işləməyə başlayan Heydər Əliyev burada peşəkar kadr kimi formalaşmış, qısa müddətdə yüksək vəzifələrə yüksəlmişdir. Onun bu sahədə qazandığı zəngin təcrübə sonrakı siyasi fəaliyyətində mühüm rol oynamışdır.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin dövrdə Azərbaycan iqtisadi və sosial baxımdan geridə qalan respublikalardan biri hesab olunurdu. Lakin onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində qısa müddətdə böyük uğurlar əldə edildi. Sənaye müəssisələri tikildi, kənd təsərrüfatında məhsuldarlıq artdı, yeni iş yerləri yaradıldı. Bakı və digər şəhərlərdə infrastruktur layihələri həyata keçirildi, yollar, məktəblər, xəstəxanalar tikildi.

Heydər Əliyevin diqqət yetirdiyi əsas sahələrdən biri təhsil idi. O, yaxşı bilirdi ki, güclü dövlət yalnız savadlı və peşəkar kadrlar hesabına qurula bilər. Bu məqsədlə minlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Bu gənclər sonradan Azərbaycanın müxtəlif sahələrində aparıcı mütəxəssislər kimi fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdilər. Eyni zamanda, elmin inkişafına da xüsusi diqqət ayrılır, yeni tədqiqat institutları yaradılırdı.

1982-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyinə yüksəlməsi onun siyasi karyerasında mühüm hadisə oldu. O, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Bu vəzifədə çalışdığı dövrdə o, ittifaq miqyasında mühüm iqtisadi və sosial layihələrin həyata keçirilməsində iştirak etdi. Onun idarəçilik bacarığı və prinsipial mövqeyi həmkarları tərəfindən də yüksək qiymətləndirilirdi.

Lakin 1987-ci ildə o, vəzifəsindən istefa verdi və bir müddət siyasi fəaliyyətindən uzaqlaşdı. Bu dövr SSRİ-nin dağılmağa doğru getdiyi, siyasi gərginliyin artdığı illərə təsadüf edirdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağ münaqişəsinin başlanması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Belə çətin bir zamanda Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıtması Azərbaycanın gələcəyi üçün həlledici əhəmiyyət daşıdı.

1990-cı ildə Heydər Əliyev Naxçıvana qayıtdı və burada siyasi fəaliyyətini davam etdirdi. O, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçildi. Bu dövrdə Naxçıvan həm iqtisadi blokada, həm də hərbi təhlükə ilə üz-üzə idi. Buna baxmayaraq, Heydər Əliyevin düzgün siyasəti nəticəsində regionda sabitlik qorunub saxlanıldı. O, milli dövlətçilik atributlarının bərpası istiqamətində mühüm addımlar atdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı məhz ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul edildi.

1993-cü ildə Azərbaycanda dərin siyasi böhran yarandı. Ölkədə hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması vəziyyəti daha da ağırlaşdırmışdı. Belə bir vaxtda xalqın tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu. O, əvvəlcə parlamentin sədri, daha sonra isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun hakimiyyətə qayıdışı ölkədə sabitliyin və inkişafın başlanğıcı oldu.

Heydər Əliyevin prezidentliyi dövründə həyata keçirilən siyasət Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmişdi. Ən mühüm addımlardan biri 1994-cü ildə imzalanan və “Əsrin müqaviləsi” adlanan beynəlxalq neft sazişi oldu. Bu müqavilə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasına imkan yaratdı və ölkəyə böyük həcmdə xarici investisiyalar cəlb olundu. Bunun nəticəsində iqtisadiyyat dirçəldi, yeni iş yerləri açıldı və əhalinin sosial rifahı yaxşılaşdı.

Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi strateji layihələr həyata keçirildi. Bu layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətini artırdı və onu regionun enerji mərkəzlərindən birinə çevirdi. Xarici siyasətdə isə Heydər Əliyev balanslaşdırılmış və çoxşaxəli kurs yürüdürdü. O, həm Qərb, həm də Şərq ölkələri ilə münasibətləri inkişaf etdirərək Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi.

Daxili siyasətdə hüquqi dövlət quruculuğu prioritet istiqamətlərdən biri idi. 1995-ci ildə yeni Konstitusiya qəbul edildi, demokratik institutlar formalaşdırıldı, qanunvericilik bazası təkmilləşdirildi. Bazar iqtisadiyyatına keçid təmin olundu, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıldı. Sosial sahədə də mühüm islahatlar həyata keçirildi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görüldü.

Heydər Əliyev milli ideologiyanın formalaşdırılmasına da böyük önəm verirdi. Onun irəli sürdüyü “azərbaycançılıq” ideyası xalqın milli birliyini, həmrəyliyini və vətənpərvərlik ruhunu gücləndirdi. O, Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. Dilin dövlət dili kimi möhkəmləndirilməsi, mədəni irsin qorunması və təbliği onun siyasətinin əsas istiqamətlərindən biri idi.

2003-cü ildə səhhətinin pisləşməsi ilə əlaqədar prezident seçkilərində iştirak etməyən Heydər Əliyev həmin ilin 12 dekabrında vəfat etdi. Onun vəfatı Azərbaycan xalqı üçün böyük itki oldu. Lakin onun yaratdığı dövlətçilik modeli və siyasi kurs bu gün də uğurla davam etdirilir.

Nəticə etibarilə, Heydər Əliyev müasir Azərbaycanın memarı kimi tarixə düşmüşdür. Onun uzaqgörən siyasəti, güclü iradəsi və xalqına bağlılığı sayəsində Azərbaycan çətin sınaqlardan çıxaraq müstəqil və güclü dövlətə çevrilmişdir. Onun həyat yolu və fəaliyyəti gələcək nəsillər üçün örnək olaraq qalır və hər zaman böyük hörmətlə xatırlanır.

Aydın Bədəlov

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər