Ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan etməsi Astara sakinlərinin tərəfindən böyük razılıqla qarşılanıb. Rayonun idarə və təşkilatlarında, ictimai qurumlarda, təhsil müəssisələrində, mədəniyyət ocaqlarında bu münasibətlə silsilə tədbirlər görülür. Növbəti belə əlamətdar tədbirlərdən biri Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının, Astara rayon üzrə Təhsil sektorunun, Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı sayəsində baş tutdu.
“Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda sərgi və konfransda YAP Astara rayon təşkilatının məsul əməkdaşı Elçin Məmmədəliyev, Astara rayon üzrə Təhsil sektorunun müdiri Xədicə Əliyeva, şəhər M. Ə. Sabir adına 1 saylı, A. Hüseynov adına Suparibağ kənd tam və Ş. Əliyev adına Rüdəkənar kənd ümumtəhsil məktəblərinin müəllim kollektivi, şagirdləri iştirak edirdi.
Mərkəzin direktoru Kübra Səmədova konfransda çıxış edib dedi:- Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın memarlıq üslubunun qorunmasına böyük həssaslıqla yanaşıb. Ölkəmizin müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir. Onun rəhbərliyi illərində həyata keçirilən quruculuq işləri həm Bakının, həm də regionların simasını əsaslı şəkildə dəyişdirdi. İstər paytaxt Bakının, istərsə də regionların inkişafı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərdən biridir. Bu gün yeni reallığımız Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.
Mövzu ilə bağlı digər natiqlərin də çıxışları maraqla dinlənildi, video-çarx nümayiş olundu.
Konfransın yekununda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda təşkil edilmiş sərgiyə baxış oldu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlə Birliyinin üzvü