Fars-molla rejimi öz vətəndaşları üçün kifayət qədər qida təmin etmək üçün müvəqqəti olaraq qida ixracını qadağan edib. Halbuki, belə zamanda Tehran rejimi Rusiyaya, eləcə də Kövhəz ölkələrinə, həmçinin Azərbaycana pomidor, üzüm, püstə, bibər və digər məhsullar ixrac edirdi. Hazırda isə vəziyyət fərqlidir, ölkənin şəhər və kəndlərində qida çatışmazlığı qeydə alınır. Rejim tədbirlər görməsə, əhalinin aclıqla üzləşəcəyi ehtimal olunur. Əsasən ağır vəziyyətin Tehranda yaşanacağı ehtimal olunur.
Rusiya bazarlarında araşdırma aparan "Komsomolskaya Pravda"nın müxbir qeyd edir ki. Moskva şəhərində İran məhsulları azalmaqdadır, yenisi isə gətirilmir. Müxbir Tehranda bir sahibkarla danışdığını yazır və qeyd edir ki, o, məni əmin etdi ona pomidor, naringi, badımcan tapa bilər, lakin ödəniş dollarla olmalıdır. Müxbir yazır ki, iranlı sahibkar söz versə də, vədinə əməl edə bilmədi, çünki ölkə ərazisində ciddi şəkil də qida çatışmazlığı hökm sürür.
İlham