Bu çağırışla AB-nin baş diplomatı Kaya Kallas çıxış edib
İtaliyanın Baş naziri Giorgia Meloni qarşıdan gələn AB sammitində Rusiya-Ukrayna müharibəsi üzrə AB danışıqlarçısı namizədini təklif etməyi planlaşdırır. Bu barədə The Guardian nəşri məlumat yayıb. Mediaya verdiyi şərhlərdə Meloni qeyd edib ki, G7 görüşü zamanı liderlər ABŞ Prezidenti Donald Trampla Ukrayna ilə bağlı məsələlərdə "razılığa gəliblər" və bunu "həmişə qəbul etmək mümkün deyil" deyə qeyd edib.
İtaliya baş naziri qeyd edib ki, bu namizəd ən böyük AB dövlətlərindən biri deyil, "orta ölçülü bir ölkədən" olmalıdır.
AB-nin baş diplomatı Kaya Kallas isə qeyd edib ki, danışıqlar zamanı AB Rusiyanın öz maraqlarına uyğun namizədi irəli sürməsi tələsinə düşməməlidir.
Sözdə "AB 3" - Britaniya, Fransa və Almaniya - ilə Ukrayna Prezidenti arasında danışıqlar və təhlükəsizlik zəmanətlərinin Avropa komponentinin hazırlanması məsələsində koordinasiya davam edir.
İlham