PDF Oxu

Siyasət

  • 669

Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir - ŞƏRH

image

Hər bir xalqın tarix səhnəsində mövcudluğunu təsdiq edən simvollar var: bayraq, gerb, himn. Lakin bu rəmzlərin dalğalanması, tanınması və toxunulmaz qalması üçün arxalarında duran real, fiziki bir gücə ehtiyac var. Bu güc müstəqil dövlətin sadəcə müdafiə mexanizmi deyil, onun suverenliyinin ən birbaşa və sarsılmaz atributu olan Milli Ordudur. Ordu, beynəlxalq hüququn dövlət üçün işləməsini təmin edən faktiki təminatçıdır. Güclü ordunun varlığı dövlətin xarici siyasətdə sərbəst manevr etmək imkanlarını genişləndirir. Ordusu zəif və ya başqa güclərin himayəsinə möhtac olan dövlətlər mühüm geosiyasi qərarlar qəbul edərkən mütləq şəkildə kənar diktələri nəzərə almalı olurlar. Müstəqil ordu isə dövlət rəhbərliyinə xalqın və ölkənin maraqlarına uyğun olan qərarları heç kəsdən çəkinmədən, qətiyyətlə vermək cəsarəti qazandırır. Başqa sözlə, hərbi qüdrət diplomatik masada dövlətin səsini daha gur və eşidilən edir. Ordu sadəcə texnika, silah və hərbi taktikaların cəmi deyil. O, həm də cəmiyyəti birləşdirən, vətəndaşlıq şüurunu formalaşdıran sosio-mədəni bir institutdur. Gənclərin eyni amal uğrunda bir araya gəlməsi, çətinlikləri birlikdə dəf etməsi milli birliyin əsasını qoyur. Məhz ordular içərisində dünyaya əsil vətənpərvərlik və vahid komandanlığın sübutunu yetirən təbii ki, bizim ordudur.
Buna nümunə olaraq 44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür işğaldan azad olunan hər qarış torpağın uğrunda itgilərimiz oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi. Cənab Prezident İlham Əliyevin dediyi kimi xalq-Prezident və ordu birliyi bir yumruq olub düşmənin belini qırdı. “Dəmir yumruq” əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi.Azərbaycan ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq yaşayış məntəqəsini və 8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bununla da “Dəmir yumruq” əməliyyatı sona çatdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bəli, şanlı ordumuz Azərbaycan xalqını qalib etdi. Artıq biz qalib xalqıq. Dünya xalqları arasında öz sözünü demiş xalqıq. Qisas qiyamətə qalmaz demişdir atalarımız. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. Döyüş meydanında Xocalı qatillərini məhv etdi.Beləliklə xalqımızın qəhrəman övladlarının misilsiz qəhrəmanlığı və fədakarlığı nəticəsində qələbəni qısa müddətdə təmin etdik. Ordumuz Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi. Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabırın 8-i “Zəfər Günü” kimi dövlətimiz və xalqımız tərəfindən təntənəli şəkildə qeyd edilir.

Cahandur Məhərrəmov

YAP Şərur rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər