PDF Oxu

Siyasət

  • 607

Azərbaycan–Avropa Komissiyası münasibətlərində mühüm mərhələ - ŞƏRH

image

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dinamik inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin ölkəmizə ardıcıl səfərləri əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
Bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərləri tərəflər arasında siyasi dialoqun intensiv xarakter aldığını göstərir. Bu görüşlər qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda bərabərhüquqlu tərəfdaşlıq prinsipinə sadiqdir. Enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, ticarət, investisiyalar və rəqəmsal inkişaf kimi sahələr əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ölkəmizin strateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan–Avropa Komissiyası münasibətlərində yaranmış müsbət dinamika gələcəkdə daha geniş layihələrin həyata keçirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu münasibətlər qarşılıqlı maraqlara, etimada və uzunmüddətli strateji əməkdaşlığa əsaslanaraq inkişafını davam etdirir.
Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər