Astara rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbir qarşıdan gələn 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar idi. “Ulu Öndər Heydər Əliyev və milli mətbuat” adlı sərgi və tədbirdə Astara rayon Pedaqoji Kollecinin müəllim və tələbələri iştirak edirdilər.
Mərkəzin direktoru Kübra Səmədova tədbirdə çıxışı zaman dedi:- Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.
Digər iştirakçıların da mövzu ilə bağlı çıxışları dinlənildikdən sonra video-çarx nümayiş olundu.
Yekunda tədbir iştirakçılarınMərkəzin “Elektron kitabxanası”nın kitablarından və “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış oldu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü