Bu gün YAP Gədəbəy rayon təşkilatının üzvü, Gədəbəy rayon Slavyanka kənd sakini İskəndərov Eyvaz Həsən oğlunun 75 yaşı münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yubilyarı evində ziyarət etdi. Təşkilat sədri Rüstəm Nağıyev ilk öncə yubilyara uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonra gündəlik məsələlər ilə bağlı səmimi söhbət olundu. Veteran və yubilyar YAP-çı partiyanın gələcək işlərində uğurlar arzuladı.
Yubilyar - 75 yaşlı Eyvaz İskəndərov dövlət tərəfindən ona göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Sədr, Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Sonda yubilyar YAP Gədəbəy rayon təşkilatı tərəfindən “Fəxri fərman”la təltif olundu, onunla xatirə şəkli çəkildi.