PDF Oxu

Siyasət

  • 1 021

Kəngərlidə şəhid ailəsi ziyarət olunub - FOTO

image

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşkilatın əməkdaşı və Xok kənd ərazi partiya təşkilatının sədri Zülfü Seyidov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid İsgəndərov Niyaməddin Qulu oğlunun Vətənə əmanəti olan övladı İsgəndərova Mətanət Niyaməddin qızının doğum günü münasibətilə rayonun Xok kəndində ailəsini ziyarət ediblər.
YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva şəhidin övladı İsgəndərova Mətanət Niyaməddin qızını doğum günü münasibətilə təbrik edərək ona ən xoş arzularını çatdırıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər