PDF Oxu

Siyasət

  • 967

“Zirvəni fəth et!”

image

Uca dağların sinəsinə sığınan Lerikdə “Zirvəni fəth et!” devizi altında gənclər arasında ənənəvi dağ yürüşü təşkil olunub. "8 Avqust – Beynəlxalq Alpinizm Günü" münasibətilə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı sayəsində baş tutan tədbirdə hər cür çətinliyə dözümlü bir qrup gənc “Zirvəni fəth et!” devizi altında Talış silsiləsinin 2200 metr hündürlükdə olan “Qala dağ” zirvəsinə yürüşə çıxıblar.

Tədbirlə bağlı marağımızı görən Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov bildirdi ki, burada əsas məqsəd gənclərin fiziki hazırlığının daha da möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, təbiətə, eləcə də dağ turizminə marağın artırılmasıdır. Yürüşə böyük həvəslə qatılan gənclər çətin dağ cığırlarını və mürəkkəb relyefi uğurla geridə qoyaraq dağın zirvəsinə qalxıb və xatirə şəkilləri çəkilib.
Məlumat üçün qeyd edim ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayon üzrə sektor müdiri Natiq İsaqov, YAP Lerik rayon təşkilatının əməkdaşı Elnur Məmmədov bir qayda olaraq sona kimi yürüşün önündə gediblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər