Avqustun 20-si gecəsi Rumıniya hava məkanına daxil olan pilotsuz təyyarə Ukrayna sərhədinin yaxınlığındakı Tulçaya qraflığında qəzaya uğrayıb. Ölkə vəziyyəti izləmək üçün qırıcı təyyarələri və bir vertolyotu havaya qaldırıb.Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Vəziyyəti izləmək üçün ölkə iki İspaniya F-18 təyyarəsini havaya qaldırıb. Bundan əlavə, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus IAR-330 SOCAT helikopteri hava kəşfiyyatı üçün səfərbər edilib.Pilotsuz təyyarə Qalatsi şəhərindən təxminən 13 kilometr şərqdə Rumıniya hava məkanına daxil olub və saat 3:24-də Tulçaya qraflığının Qrindu kəndindən təxminən 4 kilometr şimal-şərqdə, yaşayış olmayan ərazidə qəzaya uğrayıb.
Təyyarə yerə dəydikdən sonra özünü söndürən yanğın baş verib; hələlik heç bir itki və ya ziyan barədə məlumat verilməyib.
İlham