Son iki yüz il ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, soyqırımı aktları, vandallıq heç zaman unudulmayacaq və yaddaşlardan silinməyəcək. Hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa belə, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri bəşəri cinayətləri unutmaq mümkün olmayacaq. Çünki vurulan yaraların, edilən vəhşiliklərin miqyası dəhşətlidir. Faşist təfəkkürlü erməni cəlladları uşaqları, qocaları, qadınları amsızlıqla qətlə yetiriblər. Min illər yaşı olan şəhərlər, kənd və qəsəbələr dağıdılıb, memarlıq nümunələri, abidələr, qəbiristanlıqlar, mədəniyyət ocaqları yer üzündən silinib. Yalnız son iki yüz il ərzində ermənilər 2 milyona yaxın azərbaycanlını qətlə yetirib, 5 minə yaxın yaşayış məskənini isə məhv ediblər. Bu cür insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş erməni qətliamları 30 illik Azərbaycanın torpaqlarının işğal edildiyi dövrdə davam etdirilib. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Konfransı Təşkilatı, AŞPA və dövlətlər Ermənistanın işğalçı siyasətinin dayandırılması və qəsb olunan Azərbaycan torpaqlarının boşaldılması barədə qətnamələr qəbul etsə də, terrorçu rejim bu qətnamələrə əməl etmədi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycan ordusu Fateh Sərkərdə, Prezident İlham Əliyevin komandanlığı ilə beynəlxalq təşkilatların qətnamələrini icra etdi, ərazi bütövlüyümüz və suverenliyimiz tam formada təmin olundu. Lakin Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm aktları hələ də içimizi göynədir, qəlbimizi ağrıdır. Erməni terrorçu dəstələri tərəfindən 900 yaşayış məntəqəsindən 6000-dən çox sənaye və kənd təsərrüfatı binası 695 tibb müəssəsi, 693 məktəb 7000 müxtəlif təyinatlı ictimai binalar, 927 kitabxana, 855 uşaq bağçası dağıdılıb. 3000 km-ə kimi kommunikasiya xətləri, 15000 km elektrik xətləri, 3000 km-ə kimi avtomobil yolları Ermənistan tərəfindən dağıdılıb. Azad edilən ərazilərin hər bir sahəsində erməni vandalizminin izləri var. İnsanların kütləvi şəkildə qətlə yetirilməsi, tarixi abidələrin, memarlıq nümunələrinin, məscidlərin, mədəniyyət ocaqlarının dağıdılması ermənilərin bir toplum olaraq insanlığa düşmən kəsildiyini təsdiqləyir.
Sivil dünya erməni vəhşiliyindən dəhşətə gəlib
1992-ci ilin avqustun 28-də, ermənilərin Goranboy rayonunun Ballıqaya kəndində törətdikləri soyqırımı aktı miqyasına və amansızlığına görə sivil dünyanı dəhşətə gətirib. 34 il öncə, yəni 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndinə soxulan erməni terrorçu dəstələri kənddə yaşayan əhaliyə qarşı qətliam həyata keçirmişlər. Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib. Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya kəndində törədilən faciə ilə bağlı “X” hesabında paylaşım edib: “Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq”.
Ballıqaya kəndində ermənilərin törətdikləri vəhşiliklər bir daha onu deməyə əsas verir ki, bu toplum bəşəriyyət üçün təhlükə mənbəyidir. Təhlükənin isə aradan qaldırılması üçün sivil xalqların bir araya gəlməsi və təhlükəni məhv etməsi vacibdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazilərinin işğal dövründə Xocalıda, Əskəranda, Zəngilanda, Kəlbəcərdə, Qubadlıda və digər ərazilərdə ermənilər kütləvi insan qətliamları həyata keçirmişdir və bütün bunlar xarici media orqanlarında, TV-lərdə əks olunub. Araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yerləri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilmiş, məhv və talan edilmişdir.
Bu ərazilərdə ölkə əhəmiyyətli memarlıq abidələrinə Laçında yerləşən VI əsrin Alban Ağoğlan monastırı və XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və nəzərəçarpan sayda Alban məbədləri, Xocalıda XVIII əsrin Əsgəran qalası, XIV əsrin türbələri və orta əsrlərə aid bir neçə Alban məbədləri, Kəlbəcərdə VI əsrin Alban Müqəddəs Yaqub, XIII əsrin Alban Xatirəvəng monastırları və XIII-XIV əsrlərin Lex qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsr Karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVIII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhər ağa, Saatlı məscidləri, karvansaraylar və evlər, Ağdamda XIX əsrin məscidi, Füzulidə Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji qazıntılar, Neolit və Tunc dövrlərinə aid yaşayış məntəqələri, Ağdamda Tunc dövrünün Çıraqtəpə və Qarağacı və orta əsrlərin Qavurqala yaşayış məntəqələri, Cəbrayılda Tunc dövrünə aid İmanqazantəpə və Qışlaq kurqanları, Kəlbəcərdə Tunc dövrünün qaya üstü təsvirləri, Xocalıda Tunc və Dəmir dövrlərinə aid daş qutu nekropolu, Sədərəkdə Tunc dövrünə aid nekropol və yaşayış sahəsi, Laçında Dəmir və Tunc dövrlərinə aid kurqanlar və Şuşada Tunc və Dəmir dövrlərinə aid daş qutu qəbirlər və Daş dövrünə aid mağara kimi abidələr daxildir.
Dağıdılan abidələr, məhv edilən məscidlər, viran qoyulan qəbiristanlıqlar
Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində dünya əhəmiyyətli abidələr sırasında Cəbrayılda Tunc dövrünə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Niftəli kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Alban Gəncəsər və Xudavəng monastırları, Ağdamda Tunc dövrünə aid XIV əsr Qutlu Musa oğlu türbəsi və Üzərliktəpə yaşayış məntəqəsi, Xocavənddə Paleolit dövrünün Azıx və Tağlar mağaraları və Xocalıda Tunc və Dəmir dövrlərinin kurqanları kimi abidələr mövcuddur. Birinci Qarabağ müharibəsində hərbi əməliyyatlar dayandırıldıqdan sonra hərbi əməliyyatlardan dərhal sonra Şuşadakı memarlıq abidələri, o cümlədən Yuxarı və Aşağı Gövhər ağa məscidləri və mədrəsələri, Vaqif türbəsi, Natəvanın evi və karvansaraylar dağıdılmış, yandırılmış və talan edilmişdir. Ağdam şəhərində “Pənah xanın imarəti” kompleksi və məscidlər, Abdal və Gülablı kəndlərində məscidlər, Ağdam rayonunda Uğurlu bəyin türbəsi və Qurban Pirimovun ev muzeyi, Xocalı rayonunda XIV əsr məqbərəsi, Kəlbəcər rayonunun Başlıbel və Otaqlı kəndlərinin məscidləri, Kəlbəcər şəhəri, Moz, Keşdək və Yuxarı Ayrım kəndlərinin qədim qəbiristanlıqları, Zəngilan rayonunun Zəngilan şəhəri, Qıraq Müşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Cahangirbəyli, Babaylı və Şərifan kəndlərində qədimi qəbiristanlıqlar, Qubadlı rayonunun Qayalı və Məmər kəndlərində qədim qəbiristanlıqlar və Məmər kəndində məscid, Laçın rayonunun Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim qəbiristanlıq, Cəbrayıl rayonunun Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim qəbiristanlıq, Füzuli rayonunun Füzuli şəhəri və Qoçəhmədli, Merdinli və Qarğabazar kəndlərində məscidlər, Xocavənd rayonunun Xocavənd, Axullu, Kuropatkin, Düdükçü və Salakətin kəndlərində qəbiristanlıqlar və Tuğ kəndində qədim qəbiristanlıq, Tərtər rayonunun Umudlu kəndində qədim hamamlar və Sədərək rayonunun Kərki kəndində qəbiristanlıq dağıdılmış, yandırılmış və talan edilmişdir.
Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətli daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix Muzeyi, Çörək Muzeyi və digərləri də məhv edilmiş, talan edilmiş və onların sərgi nümunələri müxtəlif ölkələrdə satışa çıxarılmışdır.
Qeyd edilənlər erməni vəhşiliyinin, vandallığının bir hssəsidir, geniş siyahı isə rəsmi dövlət qurumları tərəfindən dəfələrlə mətbuatda dərc olunub, TV-lərdə yayımlanıb, nüfuzlu beynəlxalq təşkilatlar, dünya dövlətləri məlumatlandırılıb. Təəssüflər olsun ki, hələ ki, BMT, AŞPA, ATƏT kimi beynəlxalq təşkilatlar erməni vandallığına siyasi, hüquqi qiyməti verməməsi və ya tərəddüd etməsi təəccüb doğurur. Dolayısı yolla təsdiq olunur ki, sözügedən təşkilatlar ya ermənilərlə iş birliyindədirlər, ya da böyük güclərin təsiri altındadırlar. Bu isə ikili standartların hələ də davam etdiyini göstərir.
İ.ƏLİYEV