PDF Oxu

Siyasət

  • 520

Litva ərazisində nüvə silahı yerləşdirməyə hazırlaşır - FOTO

image

Rusiyanın Avropanı hərbi gücü ilə təhdid etməsi əksər ölkələri ciddi narahat etməyə başlayıb. Vəziyyətdən çıxış yolu olaraq dövlətlər hərbi güclərini artırmaqda görürlər. Litva isə ərazisində nüvə bazasının yaradılmasına razılıq verməklə Kremldən gələ biləcək təhdidlərdən qorunmağa çalışır. Lakin bu addım Rusiya hakimiyyətini daha da qəzəbləndirib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, əgər Litva müttəfiqlərinə nüvə silahı yerləşdirməyə icazə verərsə, onun ərazisi Rusiyanın nüvə silahlarının "mərkəzində" olacaq. Bu barədə TASS məlumat yayıb. Dmitri Peskov Litva Seyminin bu qışda öz ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müddəanı ləğv etmək üçün konstitusiya düzəlişi qəbul etmək planlaşdırmasını "gərginləşmədə çox ciddi bir addım" olacağını bildirib: “"Əgər Litva ərazisində bizə qarşı yönəlmiş nüvə silahları varsa, deməli, müvafiq olaraq, bu ölkənin ərazisi də nüvə silahlarımızın hədəfində olacaq”.

Qeyd edək ki, iyul ayında Prezident Gitanas Nausėda parlament və hökumət liderləri, eləcə də parlament fraksiyalarının liderləri ilə görüş keçirib və bundan sonra bu konstitusiya müddəasının köhnəldiyini və ləğv edilməli olduğunu geniş şəkildə qəbul etdiyini bildirib. Litva Seyminin spikeri Yuozas Olekas bildirib ki, mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Litvada nüvə silahlarının yerləşdirilməsinə icazə verən konstitusiya dəyişiklikləri nəzərdən keçirilməlidir.

Litvanın müdafiə naziri Robertas Kaunas da Vilnüsün ABŞ-ın nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi ilə bağlı amerikalılarla danışıqlar apardığını təsdiqləyib.

İlham

Digər xəbərlər