PDF Oxu

Siyasət

  • 471

Baş prokuror istefaya göndərildi - FOTO

image

Payız gəlməmiş saralan yarpaq kimi Ukrayna hakimiyyətində də istefalar intensiv xarakter daşıyır. Baş nazir, daha sonra müdafiə naziri və digər komanda üzvləri istefaya göndərildilər. Sentyabrın 14-də isə ölkənin Baş prokuroru Ruslan Kravçenko istefa ərizəsi yazmağa məcbur edilib. Ukrayna Prezidenti Volodymyr Zelensky parlamentdən Baş Prokuror Ruslan Kravçenkonun istefasını dərhal dəstəkləməsini xahiş edib. Bu barədə V. Zelensky özünün sosial mediada hesabında məlumat yayıb. Ukrayna prezidenti qeyd edib ki, Baş Prokurorun yalnız bir seçimi var: işdən çıxarma: “Mən ona məhz bunu dedim. Ukrayna bütün səbəbləri görüb. Əgər Kravçenko bunun siyasi təzyiq olduğunu düşünürsə, qoy bunu belə adlandırsın. Parlament üzvlərindən bu işdən çıxarmanı dərhal dəstəkləmələrini xahiş edirəm."

Qeyd edək ki, "Ukrainska Pravda" qəzeti bir qədər əvvəl belə bir məlumat yaymışdır ki, NABU və SAPO Baş prokuror Ruslan Kravçenkonun, onun müavini Mariya Vdoviçenkonun və Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin kabinetlərində və yaşadıqları evlərdə axtarış aparıb. NABU və SAPO müstəntiqlərin fikrincə, Baş Prokurorluğun struktur bölmələrinin rəhbərlərindən birinin rəhbərlik etdiyi cinayətkar təşkilatın aşkarlandığını elan etdilər. Onun üzvləri saxta çağrı mərkəzlərindən sistematik şəkildə rüşvət almaqda və əmlakın yuyulmasında şübhəli bilinirlər. "Ukrainska Pravda" qəzetinin məlumatına görə, sözügedən şəxs Sergey Kropıvadır. "Ukrainska Pravda" qəzetindəki mənbələrə görə, Baş prokurorun birinci müavini Ruslan Kravçenkonun evində aparılan axtarışlar zamanı korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin, onların ailələrinin və tabeliyində olanların izləndiyini sübut edən materiallar aşkar edilib.

İlham

Digər xəbərlər