Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının əməkdaş və fəalları tərəfindən Vətən müharibəsi şəhidi Amid Heydərovun ev-muzeyinə ziyarət təşkil olunub.
Rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının nümayəndələrin, ictimaiyyət fəalların və gənclərin iştirak etdikləri ziyarət zamanı əvvəlcə şəhid Amid Heydərovun əziz xatirəsi dərin ehtiramla anılıb, onun keçdiyi şərəfli həyat və döyüş yolundan bəhs edən ev-muzeyi ilə yaxından tanışlıq olub. Muzeydə nümayiş etdirilən şəxsi əşyalar, fotoşəkillər, təltiflər və digər eksponatlar şəhidin Vətənə sədaqətinin, qəhrəmanlığının və fədakarlığının bariz nümunəsi kimi iştirakçıların diqqətini çəkib.
Məlumat üçün bildirək ki, Amid Rəbbil oğlu Heydərov 1988-ci ildə Lerik rayonunda dünyaya göz açıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azad olunmas uğrunda gedən döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında böyük şücaət və qəhrəmanlıq göstərib, oktyabrın 3-də Cəbrayılda şəhidlik zirvəsinə ucalıb.
Amid Heydərov sağlığında orduda misilsiz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalını ilə təltif olunub. Hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük haqq savaşımızda isə göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü