Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəki çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasında yeni və mühüm mərhələnin başlanğıcını nümayiş etdirdi. Qlobal iqtisadi çağırışlar və geosintez proseslərin fonunda baş tutan bu nüfuzlu tədbir Azərbaycanın regionda etibarlı tərəfdaş, həmçinin cazibədar investisiya məkanı kimi mövqeyini bir daha təsdiqlədi. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkənin iqtisadi potensialının genişləndirilməsi, azad olunmuş ərazilərin dirçəldilməsi və "yaşıl enerji" keçidi kimi prioritet istiqamətlərdə qətiyyətli addımların atıldığını açıq şəkildə ortaya qoyur.
Tədbir zamanı “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesinin moderatorluğu ilə keçirilən panel müzakirəsində ölkəmizin keçdiyi tarixi inkişaf yolu və gələcək investisiya strategiyaları geniş şəkildə təhlil olunub. Moderator Azərbaycanın ötən illər ərzində əldə etdiyi makroiqtisadi nailiyyətləri, o cümlədən ümumi daxili məhsulun (ÜDM) dəfələrlə artmasını, adambaşına düşən gəlirlərin yüksəlməsini, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasını və Dövlət Neft Fondunun aktivlərinin durmadan çoxalmasını rəqəmlərlə diqqətə çatdırıb. Bu göstəricilər Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi dərin iqtisadi islahatların və düşünülmüş strateji kursun əyani nəticəsi kimi qiymətləndirilib.
Dövlət başçısı çıxışında bu tərəqqinin təsadüfi olmadığını, illər boyu aparılan ardıcıl və məqsədyönlü siyasətin məhsulu olduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, mövcud dayanıqlı iqtisadiyyat, müstəqil maliyyə sistemi və güclü təməllər olmadan gələcək hədəflərdən danışmaq qeyri-mümkün olarardı. İndi əsas məqsəd qazanılmış bu müsbət dinamikanı daha da sürətləndirmək, ölkənin iqtisadi potensialını yeni qlobal çağırışlara uyğun olaraq optimallaşdırmaqdır.
Gələcək onillikdə ölkə iqtisadiyyatının inkişaf istiqamətlərini şərh edən Prezident İlham Əliyev əsas prioritetlərdən biri kimi bərpaolunan enerji sektorunu önə çəkib. Azərbaycanın bu sahədə nəhəng potensiala malik olduğu, xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan 157 giqavatlıq nəhəng yaşıl enerji potensialının reallaşdırılması istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. Quruda inşa edilən günəş və külək elektrik stansiyaları ilə yanaşı, istehsal olunan enerjinin ixracı və daxili şəbəkənin gücləndirilməsi üçün yeni ötürücü xəttlərin çəkilməsi, mövcud infrastrukturun modernləşdirilməsi ölkənin iqtisadi gündəliyinin əsas tərkib hissəsini təşkil edir.
Eyni zamanda, forum çərçivəsində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi, imzalanmış çoxmilyardlıq müqavilələr və yerli təchizat zəncirlərinin genişləndirilməsi məsələləri də geniş müzakirə olunub. Prezident İlham Əliyev qlobal investorların Azərbaycana göstərdiyi yüksək etimadın səbəblərini açıqlayaraq, ölkəmizin regionda sülhün, təhlükəsizliyin və proqnozlaşdırıla bilən iqtisadi mühitin əsas dayağı olduğunu bir daha nümayiş etdirib.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan regional iqtisadi mərkəz olmaqla yanaşı, həm də qlobal miqyasda diqqət çəkən və etibar qazanan strateji tərəfdaşdır. Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı və səsləndirdiyi strateji hədəflər ölkəmizin gələcək onilliklərdə də davamlı inkişaf dinamikasını qoruyub saxlayacağını, iqtisadiyyatın şaxələndirilməsi və rəqəqəmli transformasiya istiqamətində qətiyyətli addımlar atacağını təsdiqlədi.
Xüsusilə "yaşıl enerji" keçidi, bərpaolunan mənbələrin genişləndirilməsi və nəqliyyat-logistika dəhlizlərinin potensialının artırılması kimi qlobal əhəmiyyətli layihələr Azərbaycanın yalnız yerli deyil, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyinə və iqtisadi sabitliyə verdiyi töhfəni əyani şəkildə ortaya qoyur. Forum çərçivəsində aparılan müzakirələr və imzalanan tərəfdaşlıq sazişləri onu göstərir ki, xarici investorlar üçün Azərbaycan əlverişli, təhlükəsiz və yüksək gəlir potensialına malik cazibədar məkandır.
Əldə edilən nailiyyətlər və qarşıya qoyulan yeni nəhəng hədəflər Azərbaycanın iqtisadi suverenliyini daha da möhkəmləndirəcək, ölkəmizin regionun aparıcı gücü kimi mövqeyini daha da yüksəklərə qaldıracaq və xalqımızın rifah halının davamlı olaraq yaxşılaşmasına güclü təkan verəcəkdir.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı