PDF Oxu

Siyasət

  • 1 284

İnformasiya məkanı dövlətimizin suverenlik sərhədləridir -BƏHRUZ MƏHƏRRƏMOV

image

Dövlətin inkişafına və strateji mövqeyinə birbaşa təsir edən amillərdən biri informasiya təhlükəsizliyidir. Son zamanlar qardaş Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə platformalarında Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan məlumatların yayıldığı müşahidə olunur.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin 2026-cı il payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.Deputatın sözlərinə görə, bu fəaliyyətlərin arxasında müxtəlif qüvvələrin və xarici maraqların dayandığı iddia olunur. O, belə təbliğatların maliyyə mənbələrinin, idarəetmə mərkəzlərinin və əsas təşkilatçılarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.Bəhruz Məhərrəmov bu məqsədlə strateji müttəfiq dövlətlərin, ilk növbədə Türkiyənin aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq mexanizmlərinin yaradılmasını təklif edib.Deputat həmçinin Azərbaycan-Türkiyə müttəfiqliyinin informasiya məkanında da qorunmasının vacibliyini diqqətə çatdırıb.Çıxışı zamanı dünyəvilik məsələsinə də toxunan deputat bildirib ki, son dövrlərdə internetdə radikal qruplar və ayrı-ayrı şəbəkə fəalları tərəfindən məktəblərin, məscidlərin və şəxslərin hədəfə alınması halları müşahidə edilir.O qeyd edib ki, dünyəvi dövlət prinsiplərinə və milli birliyə qarşı yönələn fəaliyyətlərə görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsi məsələsi Milli Məclisin qanunvericilik işləri planına daxil edilə bilər.Deputat internet cinayətkarlığı və sosial şəbəkələrdə yayılan məzmunla bağlı da təkliflərini səsləndirib. Onun sözlərinə görə, insanların gündəlik həyatını və məişətini nümayiş etdirməsi qanunvericiliyə zidd məzmun daşımadığı halda məhdudlaşdırılmamalıdır.Bununla yanaşı, cəmiyyətdə qarşıdurma yaratmağa yönələn, qızışdırıcı və təhdidedici məzmunların yayılmasına qarşı müvafiq tədbirlərin görülməsinin vacib olduğu bildirilib.“İnformasiya məkanı dövlətimizin suverenlik sərhədləridir”, – deyə Bəhruz Məhərrəmov qeyd edib.Deputat internet resurslarında dövlətçilik maraqlarına zidd fəaliyyətlərin qarşısının alınması ilə bağlı məsələlərin də Milli Məclisin qanunvericilik işləri planına daxil edilməsini təklif edib.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər