Azərbaycan böyük Qələbədən sonra inkişafının yeni səhifəsini yazır.Azərbaycanın əldə etdiyi tarixi Zəfər xalqın iradəsinin, dövlətin gücünün və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyinin nəticəsidir.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva parlamentin 2026-cı il payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Qələbənin hərbi nəticələri ilə yanaşı, sosial-iqtisadi və humanitar əhəmiyyətini də nümayiş etdirir.Jalə Əliyeva qeyd edib ki, parlament fəaliyyətində əsas diqqət vətəndaş rifahının yüksəldilməsinə, iqtisadi inkişafın davamlılığının təmin olunmasına, sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönəldilməlidir.O, Milli Məclisin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığının, eləcə də ikitərəfli və çoxtərəfli əlaqələrinin Azərbaycanın beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb.“Əminəm ki, bu sessiyada da həm qanunvericilik fəaliyyətimizi, həm də parlament diplomatiyamızı dövlətimizin strateji hədəflərinə uyğun şəkildə uğurla davam etdirəcəyik”, – deyə deputat bildirib.Deputatın sözlərinə görə, Azərbaycan böyük Qələbədən sonra inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ quruculuq, tərəqqi, sosial rifah və dövlətçiliyin daha da möhkəmləndirilməsi ilə xarakterizə olunur.Jalə Əliyeva sessiya çərçivəsində qəbul ediləcək qanunların və həyata keçiriləcək parlament təşəbbüslərinin ölkənin inkişafına, vətəndaşların rifahına və dövlətin güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.O, həmçinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planına səs verəcəyini bildirib və səsləndirilən təkliflər üzərində işlərin davam etdirilməsini tövsiyə edib.
Müəllif: Günay Hacıyeva