Vətən müharibəsində qəhrəmanlıq göstərib adını tarixə yazan şəhid Kənan Şahbazovun şəhadətə yüksəlməyinin 6-cı ildönümü münasibətilə Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən aparatın Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri Nəsib Bağırov, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyi, bələdiyyə və şəhid ailələri şəhidin uyuduğu məzarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, Kənan Şahbazov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhadətə qovuşub. Şərfli ölümü ilə millətinə başucalığı gətirən şəhidin nəşi 2 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Çaxırlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü