PDF Oxu

Siyasət

  • 1 237

Dövlətçilik irsinin və uğurlu siyasi kursunun inamlı təminatçısı - FOTOLAR

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Lerik rayonunda keçirilən müşavirdə əvvəlcə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq önünə gül dəstələri düzüblər.

Ardınca Ulu Öndər Heydər Əliyevin, dünyasını dəyişmiş partiya üzvlərinin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himnin sədaları altında başlanan müşavirəni Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev açıb. O, tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulan vəzifələr partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzvlərin fəallığının artırılması, eləcə ictimaiyyətlə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin mahiyyətinə toxunan YAP Təftiş Komissiyasının üzvü Həsən Həsənov deyib:- Qurultayda müəyyən edilən yeni hədəflər və qarşıya qoyulan vəzifələr partiya təşkilatlarının fəaliyyətinin yeni bir nəfəs gətirir, və partiya üzvlərinin yeni bir həvəslə, güclə fəallığını tələb edir. Xalqı işıqlı gələcəyə aparan bu sınanmış siyasi qüvvə bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəal rol oynayaraq dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

“Yeni Azərbaycan Partiyasının VIII Qurultayının partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə oldu. Qurultayda qarşıya qoyulan vəzifələrin yerli təşkilatlar tərəfindən ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Partiya təşkilatlarında vətəndaşlarla əlaqələrin daha da gücləndirilməsi gənclərin ictimai-siyasi fəallığının artırılması və yeni təşəbbüslərin dəstəklənməsi hazırda olduqca vacibdir.” Bu fikirləri isə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının əməkdaşı Əli Axundov öz çıxışında bildirib.

Tədbirdə çıxış edən digər natiqlər- Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Şəhid Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, Əməkdar müəllim, 2 saylı ərazi partiya təşkilatının sədri Gültəkin Şıxəliyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov və gənc fəal , Yeni Azərbaycan Partiyasının VIII Qurultayın iştirakçısı Bəsti Qasımova ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin və siyasi kursunun əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu siyasətə yüksək qiymət verilib, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, partiya üzvlərinin ictimai fəallığının artırılması və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin uğurla icrası hazırki zaman üçün əsas prioritet hesab ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının VIII Qurultayında irəli sürülən məsələlərdən irəli gələn vəzifələrini layiqincə yerinə yetirilməsi üçün qarşıda duran əsas istiqamətlər göstərilib və müvafiq tapşırıqlar verilib.

Müşavirə Yeni Azərbaycan Partiyasının Himnin səsləndirilməsilə başa çatıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər