PDF Oxu

Siyasət

  • 747

YAP Kəlbəcər rayon təşkilatında müşavirə keçirilib - FOTOLAR

image

6 oktyabr tarixində Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Gənçə şəhəri Gülüstan qəsəbəsində yerləşən Aşıq Şəmşir adına Mədəniyyət evində müşavirə keçirilib. Müşavirədən öncə iştirakçılar Göygöl rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
YAP Kəlbəcər Rayon Təşkilatının fəal üzvlərinin iştirakı ilə keçirilən müşavirədə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Kamran Bayramov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyəti üzrə Ərazi Partiya Təşkilatının sədri, Qurultay nümayəndəsi Heydər Bəylərov, YAP Veteranı Əli Bağırov, Rayon İctimai Şurasının sədri Şaban Qurbanov, 8 nömrəli Kəlbəcər tam orta ümumtəhsil məktəbin direktoru Rəna Nadirova çıxış ediblər.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
YAP Kəlbəcər Rayon Təşkilatının fəal üzvlərinin iştirakı ilə keçirilən müşavirədə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Kamran Bayramov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyəti üzrə Ərazi Partiya Təşkilatının sədri, Qurultay nümayəndəsi Heydər Bəylərov, YAP Veteranı Əli Bağırov, Rayon İctimai Şurasının sədri Şaban Qurbanov, 8 nömrəli Kəlbəcər tam orta ümumtəhsil məktəbin direktoru Rəna Nadirova çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 2 oktyabr tarixində keçirilmiş Partiyanın VIII Qurultayı haqqında partiya fəallarına ətraflı məlumat verib və Partiyanın sədri, Prezident İlham Əliyev tərəfində Qurultayda edilmiş proqram xarakterli çıxışın əsas tezisləri haqqında fikirlərini bölüşüb. Sədr Həbib Misirov bildirdi ki, Prezident İlham Əliyevin söylədiyi “İdeoloji işimiz partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da, digər bölgələrimizdə də misli görünməmiş inkişaf var. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır” sözlərini diqqətə çatdırıb. Natiq bildirib ki, Prezident İlham Əliyevin söylədiyi bu dəyərli fikirlər partiyanın fəaliyyətinə yeni istiqamət və təkan verəcək, partiya üzvlərinin ideoloji təbliğat işində daha da fəal olmasına gətirib çıxaracaqdır.
Çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov Partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirərin hər bir vətəndaşımız, xüsusən partiyanın üzvləri üçün bir yol xəritəsi olduğunu qeyd edib. Natiq Partiyanın sədri cənab İlham Əliyevin nitqində ölkənin əsas strateji inkişaf xətləri haqqında geniş məlumat verməsi və YAP-ın üzvlərini bu çoxşaxəli fəaliyyətin icrasında fəal olmağa çağırması hər bir üzv üçün məsuliyyətli vəzifə olmasından bəhs edib. Prezident İlham Əliyevin Qurultayda söylədiyi “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir” sözlərini sitat gətirərək Partiyanın önəmli vəzifələrindən birinin Ulu Öndər İrsinin təbliğindən ibarət olduğunu iştirakçıların diqqətinə çatdırmışdır. Qurultayda Ulu Öndər siyasi xəttinin davam etdirildiyini vurğulayan natiq, bunun hər bir partiya üzvü üçün şərəfli məsuliyyət olduğunu dilə gətirib.
Sonra çıxış edən şəxslər hər biri öz nitqində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə diqqət çəkmiş və partiyanın gələcək fəaliyyəti üçün Qurultayın önəmindən söz açmışdır.
Müşavirə iştirakçıları Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliklərini ifadə edərək, bu siyasi xəttin davam etdirilməsi naminə möhtərəm Prezidentimizin ətrafında sıx birləşəcəklərini və ölkəmizə qarşı yönəlmiş qərəzli qüvvələrə qarşı prinsipial mövqe nümayiş etdirəcəklərini bildirdilər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.

Digər xəbərlər