PDF Oxu

Siyasət

  • 930

Vahid məktəbli geyimi: sosial fərqlərin, bərabərliyin təmini

image

Azərbaycanda dövlət başçısı tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına səbəb olub. Təhsil sosial inkişafın əsasıdır və təhsil müəssisələrinin effektivliyi daha çox məktəb mühitindən başlanır. Gələcək nəsillərin ruh və düşüncə strukturlarının formalaşmasında, mədəniyyətin ötürülməsində təhsil mühüm rola sahibdir. Bu kontekstdə cəmiyyətin mentalitetinin təhsildə əks olunması qaçılmazdır. Təbii ki, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər ölkəmizin uğurlu gələcəyindən xəbər vermiş olur. Bu istiqamətdə islahatlar davamlıdır. Təbii ki, təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edərək, ən müasir tələblərə cavab verməlidir. Mövcud inkişafın dayanıqlı olması üçün Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, insanlar hazırlıqlı və gənclər bilikli olmalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi, keçdiyi tarixi yol bir daha göstərir ki, məhz həmin dövlətlərdə təhsilə, elmi inkişafa böyük önəm verilir, islahatlar aparılır. "İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır", deyən dövlət başçısı çıxışlarının birində bildirib. Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar davamlı olaraq aparılıb. Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” təsdiq edilib. Eləcə də ölkəmizdə vahid məktəli geyimi ilə baglı qərar təsdiqini tapıb. Qeyri geyimlərdən istifadə qəbul edilməzdir. Müasir dövrümüzdə bir sira xanımlarınız hicabdan istifadə edir ki, bu da təhsil müssisələri ücün nəzərdə tutulmur. Hicab müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. Son günlər orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı fikirlər yaransa da birmənalı qəbul olunmalıdır ki, məktəbli geyiminin əsas məqsədi şagirdlər arasında sosial fərqlərin aradan qaldırılması, təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın təmin olunmasıdır. Eyni zamanda, bu cür geyim ümumi etik və estetik cəhətdən xoşagələn görüntünü önə çıxarır. Məktəbli geyimi ilə bağlı yanaşma təhsil hüququnun, uşağın azad inkişafının və dünyəvi dövlət modelinin qorunmasına, bərabərlik isə uşağın psixoloji təhlükəsizliyinə xidmət edir. Həmşinin məktəblərdə şagirdlərin zinət əşyalarından, eləcə də bəzək əşyalarından istifadəsi qadağanan olunub.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, valideynlər övladlarının tərbiyəsinə görə məsuliyyət daşıyır və onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayırlar. Konstitusiyamız hər kəsin, o cümlədən uşaqların vicdan və dini etiqad azadlığını təmin edir. Mütəxəssislərin qənaətinə görə, erkən yaşlarda uşağın öz iradəsini sərbəst şəkildə ifadə etməsi psixoloji və sosial baxımdan məhdud olduğundan, dini geyim və davranışların “şəxsi seçim” kimi təqdim edilməsi birmənalı qəbul edilmir. Bu baxımdan, hicabın azyaşlı uşaqlara valideyn iradəsi ilə məcburi şəkildə tətbiqi uşağın hüquqlarının pozulması ehtimalını gündəmə gətirir. Yeni qanun layihəsi məhz bu cür halların qarşısının alınmasına yönəlmiş preventiv mexanizm kimi çıxış edir. Məktəb təhsil sistemi təkcə bilik ötürən deyil, həm də dünyəvi dəyərləri, hüquq və azadlıqları aşılayan mühüm ictimai institutdur. Bu səbəbdən, məktəblərdə dini simvolların və geyimlərin tətbiqi məsələsi həmişə xüsusi həssaslıqla yanaşılmalı olan sahə hesab olunur. Təhsil müəssisələrinin rəhbərliyi, məktəb psixoloqları və sosial pedaqoqlar vasitəsilə valideynlərlə fərdi qaydada dialoq qurulub. Erkən yaş dövründə uşağın dini geyimə dair “şəxsi qərar” verməsi hüquqi baxımdan şübhəli hesab olunur və daha çox valideyn iradəsinin təzahürü kimi dəyərləndirilir. Bu səbəbdən, yeni qanunvericilik yanaşması uşağın gələcəkdə şüurlu seçim etmək hüququnu qorumağa yönəlib.

Müasir dövrümüzdə ümumtəhsil məktəblərinin təmir-tikinti işləri də son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi, onun infrastrukturunun müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən tədbirlər davamlıdır. Qətiyyətlə deyə bilərik ki, müasir dövrümüzdə təhsil sahəsində islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Təhsilin beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı öz nəticəsini verir.

Müasir dövrdə hər bir cəmiyyətin inkişafı üçün təhsil başlıca rol oynayır. Bu gün təhsilin bütün pillərinin inkişafı üçün ölkəmizdə mühüm tədbirlər reallaşdırılır. O cümlədən, qanunvericilik bazası da gücləndirilir. Hər bir tələbənin, məzunun ixtisas bacarıqlarını reallaşdırması və təkmilləşdirməsi üçün virtual müəssisələrin yaradılması təcrübəsi də əhəmiyyətlidir. Bu amil gənclərin karyera taleyində mühüm rol oynayır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər