PDF Oxu

Siyasət

  • 811

Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlıq möhkəmlənir - ŞƏRH

image


Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarıının 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin yüksək səviyyəsini bir daha nümayiş etdirib. Azərbaycanın bu formatın tamhüquqlu üzvü olması ölkəmizin regional əməkdaşlıqda artan rolunun göstəricisidir. Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv kimi qəbul edilməsi tarixi əhəmiyyət daşıyır. Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı etimadın və siyasi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Dövlətimizin başçısı bu dəstəyə görə həmkarlarına təşəkkürünü bildirib. Azərbaycan-Türkmənistan münasibətləri də son dövrdə dinamik şəkildə inkişaf edir. Ən yüksək səviyyədə qarşılıqlı səfərlərin intensivləşməsi iki ölkə arasında siyasi dialoqun daha da gücləndiyini göstərir. Füzuli şəhərində məscidin tikintisi isə Türkmənistanın Azərbaycana qardaş münasibətinin mühüm ifadəsidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələri yüksək səviyyədədir. Qarşılıqlı yüksək səviyyəli səfərlərin müntəzəm xarakter alması dövlətlər arasında əlaqələrin möhkəm təməl üzərində inkişaf etdiyini göstərir. Bu əməkdaşlıq müxtəlif sahələri əhatə etməklə çoxşaxəli xarakter daşıyır. İqtisadi-ticari əlaqələrin genişlənməsi də diqqətçəkən məqamlardandır. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması qarşılıqlı iqtisadi münasibətlərin inkişafını göstərir. Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı
ilə yüzlərlə şirkətin fəaliyyət göstərməsi bu əlaqələrin praktiki nəticələrini nümayiş etdirir. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması iqtisadi tərəfdaşlığın yeni imkanlarını formalaşdırır. Bu fondların potensialından səmərəli istifadə etməklə birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi mümkündür.
Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına
verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaşlıq və həmrəyliyin nümunəsidir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gələcəkdə daha da
genişlənməsi üçün böyük potensial mövcuddur. Siyasi etimad, iqtisadi maraqlar, tarixi və mədəni yaxınlıq münasibətlərin möhkəmlənməsinə mühüm zəmin yaradır. Bu tərəfdaşlıq regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsinə töhfə verəcək.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər