PDF Oxu

Siyasət

  • 833

YAP Gəncə şəhər təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam edir - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Gəncə şəhər təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər və görüşlər davam etdirilir.

YAP Gəncə şəhər təşkilatının 6 saylı (Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec) ərazi partiya təşkilatında keçirilən tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İradə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Partiyanın VIII Qurultayı haqqında partiya fəallarına ətraflı məlumat verib və Partiyanın sədri, Prezident İlham Əliyev tərəfində Qurultayda edilmiş proqram xarakterli çıxışın əsas tezisləri haqqında fikirlərini bölüşüb: ”Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə olunan zəfərin və qarşıda duran vəzifələrin geniş siyasi mənzərəsini ortaya qoydu. Azərbaycan artıq yeni bir mərhələyə qədəm qoyub. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə ölkəmizin qarşısında yeni siyasi, iqtisadi və geosiyasi imkanlar açılıb. İndi əsas məsələ əldə edilmiş nailiyyətləri qorumaq, Azərbaycanın gücünü daha da artırmaq və yeni reallıqlardan milli inkişaf naminə səmərəli istifadə etməkdir.”
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin direktoru Nigar Səfxanova bildirib ki, VIII Qurultay Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını ifadə edən mühüm hadisədir. Azərbaycanın qarşısında duran əsas məsələ zəfəri qorumaq, sülhü möhkəmləndirmək, iqtisadi gücü artırmaq, hərbi və informasiya təhlükəsizliyini təmin etmək, Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışı sürətləndirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Prezident İlham Əliyevin çıxışının başlıca siyasi mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycanın qarşısında artıq yeni hədəflər dayanır. Bu hədəflərin həyata keçirilməsi üçün isə əvvəlki mərhələdə olduğu kimi, siyasi sabitlik, milli birlik, güclü dövlətçilik və ardıcıl siyasət əsas dayaqlar olaraq qalmalıdır
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri Zaur Əfəndiyev, Kəmalə Hüseynova, Şəlalə Quliyeva və VIII Qurultay nümayəndəsi Lalə Həsənova bildiriblər ki, Prezident İlham Əliyevin söylədiyi bu dəyərli fikirlər partiyanın fəaliyyətinə yeni istiqamət və təkan verəcək, partiya üzvlərinin ideoloji təbliğat işində daha da fəal olmasına gətirib çıxaracaqdır. Çıxış edənlər Partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirərin hər bir vətəndaşımız, xüsusən partiyanın üzvləri üçün bir yol xəritəsi olduğunu qeyd ediblər.
Tədbir yüksək əhval-ruhiyyədə başa çatıb.

Digər xəbərlər