PDF Oxu

Siyasət

  • 790

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir - ŞƏRH

image

Azərbaycan və Türkmənistan arasında münasibətlər tarixi dostluq, qarşılıqlı etimad, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Dövlətlər arasında siyasi dialoqun yüksək səviyyədə olması iqtisadiyyat, enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. İkitərəfli əlaqələrin dinamik inkişafı regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Türkmənistanın ortaq maraqlar əsasında həyata keçirdikləri təşəbbüslər Xəzər regionunda əməkdaşlığın dərinləşməsinə və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə mühüm töhfə verir.

Nəqliyyat və logistika Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizin regionlararası əlaqələrdə tranzit əhəmiyyətini artırır. Orta Dəhlizin imkanlarının genişləndirilməsi, Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılması, liman və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi regional iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradır. Nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsi yükdaşımaların səmərəliliyinin artırılmasına, ticarət əlaqələrinin genişlənməsinə və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Görüş çərçivəsində imzalanan sənədlər dövlətlər arasında qarşılıqlı fəaliyyətin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsinə, regional əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Bu sənədlər tərəflərin ortaq maraqlarının uzlaşdırılması, qarşılıqlı faydalı təşəbbüslərin dəstəklənməsi və regional inteqrasiyanın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Məşvərət görüşləri dövlət başçıları arasında siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayır.

Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər