PDF Oxu

Siyasət

  • 694

Təxribatlarda “SEPAH”-ın iyrənc planının və dəsti-xəttinin izləri görünür - TƏHLİL

image

Azərbaycan müasir dünyanın ayrılmaz hissəsi olaraq, azad, demokratik, hüquqi dövlətlərdən biridir. Ölkəmizdə hər bir məsələ, yarana biləcək problem hüququn aliliyi əsasında həll olunur. Məhz bu prinsipin dönməzliyi və davamlılığının nəticəsi olaraq Azərbaycan 1993-cü ildən bu yana böyuk uğurlara imza atıb. Xüsusilə də, ötən illər ərzində dövlət müstəqilliyimiz daha da möhkəmləndirilib, sosial, iqtisadi sahədə əhəmiyyətli nailiyyətlər əldə olunub, 30 il erməni işğalı altında olmuş torpaqlarımız azad edilib. Artıq insanlarımız 30 il böyük həsrətlə və ürək ağrısı ilə xatırladığımız yurd yerlərinə sevinc göz yaşları ilə qayıdır, yaşayışlarını qururlar. Qarabağımızın hər yerində, hər bir guşəsində genişmiqyaslı quruculuq, abadlıq, təmir və bərpa işləri gedir. Bütün bunlara görə, xalqımız məmnundur və Prezident İlham Əliyevə təşəkkürlərini, minnətdarlıqlarını bildirirlər. Çünki məhz Prezident İham Əliyevin Sərkərdəlik məharəti, diplomatik bacarığı, uzaqgörən müdrik siyasəti ilə 30 illik erməni işğalına son qoyuldu. Görünən isə ondan ibarətdir ki, Azərbaycanın ərazi butövluyünü və suverenliyini təmin edib, bütün sahələr üzrə diqqətçəkən uğurlara imza atması bəzi daxili və xarici qüvvələri ciddi narahat edib. Bədxahlar hər cür çirkin vasitə və üsullardan istifadə etməklə, Azərbaycanın beynəlxalq imicini ləkələməyə, daxili sabitliyi pozmağa, iqtisadi-sosial nailiyyətlərini ləngitməyə çalışırlar. Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiq edilməsi ilə bağlı qərarı pozucu qüvvələrin öz bəd niyyətlərini həyata keçirmək üçün bir fürsət yaradıb.

Oktyabrın 12-də bəzi təhsil ocaqlarının önündə təlimatlar əsasında fəaliyyət göstərən bir neçə nəfər tərəfindən müəllimlərə qarşı zorakıllıq halları yaşandı. Bununla yanaşı, məktəblərin şüşələrinin sındırılması, məktəb müəllimlərinin avtomobillərinin yandırılması halları da baş verdi. Təbii ki, məktəb aqressiyanın, zorakı əməllərin həyata keçirilməsi üçün meydan ola bilməz. Məktəb həyatın özüdür, gələcək yaşayışını elmli, savadlı formada qurmaq və əsl vətəndaş olaraq yetişdilən ocaqdır. Uşaqlar dərs oxumalı, elm öyrənməlidir. Uşaqlara fars-molla rejiminin ifrat dini ideyalarının, zərərli vərdişlərinin aşılanması nicat və həyat yolunun işığı ola bilməz.

“SEPAH” dəfələrlə Azərbaycanda sapı özümüzdən olan baltaların əli ilə terror aktarı törətməyə cəhd edib

Cəmiyyətin çağırışlarına uyğun olaraq, hesab edirəm ki, ictimai asayişi pozan, məktəbin şüşələrini sındıran, müəllimlərə xəsarət yetirən, küçədə dayanan avtomobilləri yandıran təxribatçılara qarşı sərt tədbirlər görülməlidir. Onlara güzəşt edilməsindən söhbət getməməlidir. Çünki “SEPAH”-ın qulu olub, sifariş əsasında doğulub, boya-başa çatdığın vətəninə düşmən kəsilmək bağışlanması mümkün olmayan cinayətdir. Artıq araşdırmalarla təsdiq olunur ki, məktəblərin önündə təxribatlar törədən pozucu ünsürlərin şüarlarını və plakatlarını dünyada terror təşkilatı kimi tanınan “SEPAH”-ın nümayəndələri hazırlayıblar. Bu, o terror təşkilatı “SEPAH”-dır ki, dəfələrlə Azərbaycanda sapı özümüzdən olan baltaların əli ilə terror aktarı törətməyi planlaşdırıb. Ancaq bəd niyyətləri baş tutmayıb. Güclü və qüdrətli Azərbaycanımızın peşəkar hüquq -mühafizə orqanları “SEPAH”-a bağlı pozucu şəxsləri aşkar edərək həbs ediblər. Bir qədər əvvəl də belə bir əməliyyat keçirilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyət üçün açıqladığı məlumata görə, cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, İran İslam Respublikasının vətəndaşları - Rustamzada Behnam Sahibali və Zandkian Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb. İran İslam Respublikasının vətəndaşı Zandkian Yaser Rahimin tapşırığı ilə Səbail rayonu, Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş 1 ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı, içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kq 730 qram ağırlığında olan "C-4" partlayıcı maddənin olduğu aşkarlanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Nicat Ağayevlə birlikdə avtomobil ilə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib. Daha sonra SEPAH-la birbaşa əlaqələri olan İran İslam Respublikasının vətəndaşı Azarundbileh Hosein Savar Saberin tapşırığı ilə ölkə ərazisinə yenidən içərisində partlayıcı qurğu olan konteynerin keçirildiyi məlum olub. Onun içərisində uzaqdan idarə olunan, "C-4" tipli 2 ədəd partlayıcı qurğu olub. Əvvəlcədən cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı Abdullayev Əsəd Tofiq oğlu gizli saxlanc yerinə gələrək konteyneri götürüb. Bu barədə əvvəlcədən məlumat alındığından həmin halın təsbit edilməsi üçün saxlanc yeri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən gizli video müşahidə ilə təchiz edilib. Sonrakı gün Rəşad Rüstəmov və Əsəd Abdullayevin birlikdə Qobustan rayonunun Şıxlar qəsəbəsi, Bağlar massivindəki məlum gizli saxlanc yerindən konteyneri götürərək bağlamanı Ə.Əbdullayevin yaşadığı evin yaxınlığında gizlətdiyi aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan İran vətəndaşlarının narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları ilə yanaşı, İslam İnqilabi keşikçiləri Korpusu ilə birbaşa əlaqələrinin olduğu təsbit edilib.

Azərbaycanda baş örtüyünə qadağadan söhbət gedə bilməz

Qısaca onu demək olar ki, oktyabrın 12-də Bakı şəhərinin bəzi məktəblərinin önündə təxribatların və qarşıdurmaların yaradılmasına cəhdlərin edilməsində “SEPAH”-ın iyrənc planının və dəsti-xəttinin izləri görünür. Əminəm ki, təxribatçı qrup üzvləri həbs edilincə kimdən və hansı ünvanda necə təxribat törətmək üçün təlimat aldıqlarını etiraf edəcəklər. Bununla bir daha fars-molla rejiminin cəza dəstəsi olan “SEPAH” ifşa olunacaq.

Araşdırmalar təsdiq edir ki, azyaşlı qız uşaqları baş geyimi ilə məktəblərə getmək istəmirlər. Onları buna valideynləri məcbur edir. Hansı ki, həmin valideynlər bu və digər formada müxtəlif qüvvələrə, xüsusilə də “SEPAH”-a bağlıdırlar.

Hər cür qərəzli paylaşımlara və sosial şəbəkələrdə yazılan dezinformasiyalara rəğmən qeyd etmək olar ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi təhsil sistemi mövcuddur. Həm də din dövlətdən ayrıdır. Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində açıq şəkildə öz əksini tapıb. Ölkəmizdə din və etiqad azadlığı mövcuddur. Hər bir fərd, qrup dini inancına, dini fəaliyyətində azaddır. Təbii ki, Nazirlər Kabinetinin qərarı başını örtən, məscidə gedən, namaz qılan və dua edən insanlarla bağlı deyil. Bu qərar birbaşa məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağldır. Yəni Azərbaycanda baş örtüyünə heç bir qadağadan söhbət gedə bilməz. Dövlət orqanlarında, ayrı-ayrı təşkilatlarda, adi həyatda baş örtüyündən istifadə edənlər tam sərbəstdirlər. Biz bunun əyani sübutunu toy məclislərində, idarə və müəssisələrdə, nazirliklərdə, icra orqanlarında baş örtüyü ilə işləyən və ya hərəkət edən qızların timsalında görə bilərik. Belə bir demokratik qərarı alqışlamaq əvəzinə məktəblərin önündə dağıdıcı hərəkətlər etmək birbaşa təxribatdır, avtomobilləri yandırmaq, məktəbin şüşələrini sındırmaq, ictimai asayişi bilərəkdən pozmaq cinayətdir. Cinayətə isə mütləq hüquqi qiymət verilməli və cinayəti törədən cəzasını almalıdır.

İ.ƏLİYEV

Digər xəbərlər