PDF Oxu

Siyasət

  • 520

YAP Salyan rayon təşkilatında tədbir keçirilib

image

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev çıxışında VIII Qurultayın Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin nitqində Azərbaycanın qarşısında duran strateji hədəflər, milli birliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafının təmin olunması ilə bağlı səsləndirilən fikirlərə toxunub. Bildirib ki, qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində partiyanın yerli təşkilatları, o cümlədən ərazi partiya təşkilatları üzvlərin fəallığının artırılması, gənclərlə işin gücləndirilməsi və dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərməlidirlər.
YAP-ın VIII Qurultayının rayon üzrə nümayəndəsi, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev çıxışında Prezident İlham Əliyevin nitqində əksini tapan əsas məqamları diqqətə çatdırıb. O, ölkəmizin qazandığı tarixi nailiyyətlərin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edib. Təhsil müəssisələrində çalışan müəllimlərin bu istiqamətdəki roluna toxunaraq, onların gənclərin dünyagörüşünün formalaşmasına və fəal vətəndaş mövqeyinin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.
Salyan Peşə Liseyinin müəllimi, ərazi partiya təşkilatının sədr müavini Ağamirzə Əbilov, liseyin müəllimi, partiya fəalı Yeganə Mirzəliyeva və digər iştirakçılar çıxışlarında VIII Qurultayda müəyyənləşdirilən hədəflər, təhsil sahəsində gənclərin bilik və bacarıqlarının inkişafı, onların dövlətçilik ənənələrinə və milli dəyərlərə bağlılığının gücləndirilməsi barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, təhsil müəssisələrində maarifləndirici işin genişləndirilməsi və gənclərin ictimai həyatda iştirakının təşviqi qarşıda duran əsas vəzifələrdəndir.
Görüşdə qurultaydan irəli gələn vəzifələrin ərazi partiya təşkilatının fəaliyyətində nəzərə alınması, partiya üzvləri ilə işin daha da təkmilləşdirilməsi və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər