Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Gömrük Məcəlləsində və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə qəbul edilib.SİA xəbər verir ki, qanun layihəsini parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.Dəyişikliklər “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunları da əhatə edir.Təqdim olunan layihənin ayrı-ayrı müddəalarında qanunvericilik mətnlərindən “xüsusi” sözünün çıxarılması və “xüsusi icazə” ifadəsinin “icazə” sözü ilə əvəz edilməsi nəzərdə tutulur.Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Müəllif: Günel Fərzəliyeva