İlk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədri, qurultay nümayəndəsi Nihad Pənahov , Suvarma Sistemləri İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov, YAP Tovuz rayon təşkilatının sədr müavini, İlqar Kərimov, aparatın məsləhətçiləri Kamran Qasımov, Emin Feyzizadə, Həzi Aslanov küçəsi ərazi partiya təşkilatının sədri Zülfiyyə Bayramova, Suvarma Sistemləri İstismarı İdarəsi (SSİİ) ərazi partiya təşkilatının sədri Elxan Qasımov və partiya fəalları iştirak edib.
YAP Tovuz rayon təşkilatının sədri, qurultay nümayəndəsi Nihad Pənahov Suvarma Sistemləri İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov, qurultay nümayəndəsi İlqar Kərimov, ərazi partiya təşkilatlarının sədrləri Zülfiyyə Bayramova, Elxan Qasımov və partiya fəalları Bəşir Tağıyev, Elşən Musayev çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti, təşkilati inkişafı və gələcək dövr üçün müəyyənləşdirilən prioritetlər barədə danışılmışdır. Çıxışlarda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələrin ölkənin inkişafına təsiri, iqtisadi potensialın gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və müasir idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə toxunulmuşdur. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun yaradılması və Böyük Qayıdış proqramının icrası da diqqət mərkəzində olmuşdur. Bununla yanaşı, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, regional əməkdaşlıqda iştirakının artırılması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər qeyd edilmişdir. Partiyanın gələcək fəaliyyətinə dair fikirlər səsləndirilərkən üzvlərin ictimai proseslərdə iştirakının genişləndirilməsi, gənclərlə işin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və qurultayda müəyyənləşdirilən hədəflərin yerli təşkilatların fəaliyyətində nəzərə alınmasının əhəmiyyəti vurğulanmışdır.