PDF Oxu

Siyasət

  • 1 399

"Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik sarsılmaz və dönməz olaraq qalır" - POLİTOLOQ DANIŞDI

image

"Türkiyədə Azərbaycanın səfirliyi və konsulluğu qarşısında keçirilən etiraz aksiyaları iki ölkə arasındakı münasibətlərin müzakirəsinə səbəb olub".Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, bəzi qrupların bu cür aksiyalar vasitəsilə Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışdığını düşünürəm. Lakin Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və strateji müttəfiqlik möhkəm təməllərə əsaslanır və ayrı-ayrı qrupların bu münasibətlərə təsir göstərməsi mümkün deyil:"Türkiyə-Azərbaycan qardaşlığı getdikcə inkişaf edir və milli birliyimizi heç kim poza bilməz. Bu məsələ Azərbaycanın daxili işidir. Azərbaycan hüquqi dövlətdir və Konstitusiyamız vətəndaşların hüquq və azadlıqlarını qoruyur. Buna baxmayaraq, Türkiyədə və İranda da bu məsələ ilə əlaqədar Azərbaycana qarşı müəyyən hücumların təşkil edildiyini görürük.Türkiyə-Azərbaycan qardaşlığını və strateji müttəfiqliyini dəstəkləyirik. Təəssüf ki, həm Azərbaycanda, həm də Türkiyədə müəyyən qruplar iki ölkə arasındakı dostluq əlaqələrinə xələl gətirməyə çalışırlar. Türkiyədə keçirilən bu cür etirazlar da münasibətlərimizə təsir göstərmək cəhdi kimi dəyərləndirilə bilər.Lakin Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik və qardaşlıq tarixi köklərə malikdir. Bu münasibətlər qarşılıqlı etimada, ortaq maraqlara və xalqlarımızın yaxınlığına əsaslanır. İnanıram ki, Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra da davam edəcək, sarsılmaz və dönməz olaraq qalacaq".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər