PDF Oxu

Siyasət

  • 808

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti görüşlər keçirilib

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir.

Maştağa qəsəbəsi, “M.Mirəliyev küçəsi 327” (1 saylı Uşaq Somatik Sanatoriyası), Bakıxanov qəsəbəsi, “M.Fətəliyev 70” (Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi), Bakıxanov qəsəbəsi, “Nazim İsmayılov küçəsi 164” (Sabunçu rayon Sukanal İdarəsi) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələdə dövlətçilik, milli həmrəylik, təhlükəsizlik, iqtisadi inkişaf və Böyük Qayıdış prosesinin davam etdirilməsi əsas istiqamətlər sırasındadır. Vurğulanıb ki, VIII Qurultayda səslənən fikirlər, qarşıya qoyulan məqsəd və hədəflər yeni dövrün çağırışlarına əsaslanır. Bu baxımdan qurultay ölkəmizin iqtisadi, sosial inkişafının daha da sürətləndirilməsi ilə yanaşı partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə əsasən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Çıxış edənlər möhtərəm Prezidentimizin Qurultaydakı proqram xarakterli nitqinin hər bir partiya üzvü üçün bir yol xəritəsi, gələcək fəaliyyət proqramı olduğunu vurğulayıb və bu nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.

Digər xəbərlər