PDF Oxu

Siyasət

  • 553

YAP Quba rayon təşkilatının Zərdabi qəsəbəsi, 1 ünvanında yerləşən ərazi partiya təşkilatında müşavirə keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının Zərdabi qəsəbəsi, 1 ünvanında yerləşən (Quba Rayonlararası Psixonevroloji Mərkəzi) ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş növbəti müşavirə keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O qeyd edib ki, dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və ölkənin qarşısında duran strateji hədəflərin reallaşdırılmasına xidmət edir.
Fidan Hüseynova vurğulayıb ki, VIII Qurultay partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirməklə yanaşı, təşkilati fəaliyyətin müasir tələblərə uyğun qurulması baxımından da mühüm əhəmiyyət daşıyır. Ərazi partiya təşkilatları bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməli, üzvlərin təşəbbüskarlığını artırmalı və dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasına öz töhfəsini verməlidir.
Quba Rayonlararası Psixonevroloji Mərkəzinin baş həkimi Nəriman Qurbanov çıxışında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinin ölkəmizin inkişafında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət əhalinin rifahının yüksəldilməsinə, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaşların sağlamlığının qorunmasına xüsusi önəm verildiyini göstərir.
Nəriman Qurbanov qeyd edib ki, səhiyyə sahəsində çalışan hər bir mütəxəssisin əsas vəzifəsi insan sağlamlığının qorunması, pasiyentlərə diqqət və qayğının göstərilməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir. O, müəssisə kollektivinin üzərinə düşən məsuliyyətin vacibliyini vurğulayaraq, peşə fəaliyyətində humanizm, həssaslıq və məsuliyyət prinsiplərinin əsas tutulmasının əhəmiyyətindən danışıb.

Digər xəbərlər